header

 Isarail islamla müharibəyə qalxmışdır

region dövlətləri hələ də İsraili tanımaq istəyirlərmi?

Tashaio.com-Imam həzrətləri 1982-ci ilin 23 Xurdadında dəniz qüvvələri komanderi və bu qüvvəyə aid hərbçilərin qarşısında “İsrailin cinayətləri qarşısında region dövlətlərinin sakit dayanması” haqda danışarkən İsrailin məhv olmasını vurğulamışdı. Bu çıxışın müəyyən hssəsini veririk:

“Bu gün islamın problemini müsəlmanların problemlərini dinləməli olan qulaqlar kar olmuşdur. Müsəlmanların xeyrinə danışmalı olan dillər lal olmuşdur. Müsəlmanların başına gələn müsibətləri görməli olan gözlər kor olmuşlar. Biz bu lallara, karlara və korlara nə deyək? Region dövlətləri Livan problemini faciə hesab etmirlər? İslam üçün bir faciə bilmirlər? Dünya müsəlmanlarının faciəsi hesab etmirlər? İsrailin Livana hücumu və hədsiz qırğın törətdiyi faciə deyilmi? Islam üçün faciə deyilmi? Müsəlmanlar üçün faciə deyilmi? Bu işin Amerikanın təsdiqi ilə olduğunun açıqlanması bunların qulağına çatmırmı? Kar deyillərsə niyə Livandakı əzizlərimizin nalə və iniltilərini eşiymirlər? Kor deyillərsə hər gün Livanda və İranda bir-birinin üstünə tökülən şəhidləri, cəbhələrdə əziz gənclər, cəhədən kənarda və şəhərlərdə qadınlar, uşaqlar və qocaların öldüyünü görmürlərmı? Yox, əgər görürlər və faciə hesab edirlərsə niyə danışmırlar? Islama, Quran-Kərimə və iki şərif hərəmə məhəbbət bəsləmişlərsə onda bəs din dünyasının taptalandığı və islam, Quran və iki şərif hərəmin hədələndiyi bir zaman əsla danışmırlar. Hələ desən kömək də edirlər! Bunlara nə olub ki, gözlərinin qabağında bu müsibətlər baş verir. Hamının gözü qabağında bu cunayətlər törədilir. Bunlar isə nəinki sakitdirlər, hələ desən təsdiq də edirlər. Kəmp Deyvid müqaviləsini dəstəkləmək istəyirlər. Fəhdin planını dəstəkləmək istəyirlər. İsraili rəsmi tanımaq istəyirlər. Bu faciələri kiminlə müzakirə etməliyik? Gözlərini yumub, qulaqlarını bağlayıb Amerikaya təslim olan dövlətlərləmi? Həmin dövlətlərin təzyiqi altında can verməkdə olan məzlum millətlərləmi?

Millətlərin ayılma və birləşmə zəruriliyi

Millətlərin sərəncamına verilməlidir. İranda olduğu kimi. Amerika və onun amilləri, nəhs Pəhləvi rejimi tərəfindən islama törədilən faciədə İran milləti, İranın həmin gəncləri, İranın həmin milləti, İranın həmin ordusu, İranın həmin dəniz, hava və quru qüvvələri, İranın həmin sipah pasdaranı, İranın həmin bəsic gəncləri və köçəriləri birlikdə vəzifələrini başa düşdülr, ayıldılar, yumruqlarını düyünlədilər və yumruqları ilə tankları səhnədən çıxardılat. Millətlər belə bir ayıqlığa yetişməsələr, belə bir həmrəyliyə nail olmasalar bilməlidirlər ki, fasid hökumətlər, cinayətkar Amerika və digər super güclər onlara hakim kəsiləcəkdir. Bu qədər təbii ehtiyatlara, imkanlara malik olmaqla cəmi bir həftə nefti bu cinayətkarların üzünə bağlasalar bütün problemlər həll olacaqdır. Lakin “biz bu işi görmürük” deyirlər. Bu müsibətləri hara aparaq? Allah Təbarək və Taalanın müqəddəs sahətindən başqa yer qalırmı? Bu hökumətlərdən Allah Təbarək və Taaladan başqa kimə şikayət edək? Biz, bütün qüdrətlərin qarşısında dayanan və islamı dünyada həyata keçirmək istəyən İrana qarşı cihad verir, islama qarşı müharibə edən, açıqca Nildən Fərata kimi mənimdir deyən, iki şərif hərəmləri özününkü bilən İsrailə gəldikdə isə sakit dayananlardan necə şikayət edək? Biz bu dərdləri hara aparaq? Bu müsibətləri kimə deyək? Bu ölümcül sakitliyi, cinayətkarları təsdiq edən sakitliyi, zalımları alqışlayan sakitliyi kimə deyək və sakitliyə son qoymağı kimdən istəyək? Nüfusus azdır? Sərvətiniz azdır? Neftiniz çatışmır? Torpağınız azdır? Geosiyasi əhəmiyyətli yerlər əlinizdə yoxdur? Nə desən var. Yalnız bir şey çatışmır. O da imandır. Iman yoxdur. İran millətinin imandan başqa heç nəyi yox idi. Iman onu bütün qüvvələrə qalib etdi. Bütün müsəlman ölkələri dövlətlərinin hər nəyi var. Yalnız imanları yoxdur. Məmləkətimizə və millətimizə qələbə qazandıran amil Allaha bəslədikləri iman və şəhadətə bəslədikləri vurğunluq idi. Küfr qarşısında, nifaq qarşısında, islam və Quran-Kərimi qorumaq eşqi idi. Buraya gələn əziz qonaqlarımız İranın mesajını daşımalı və millətlərə deməlidirlər ki, özləri öz fikirlərində olsunlar. Amerika amillərinin işləyəcəklərini gözləməsinlər. Onlar İranın belə bir ağır şəraitində zooparklarına dəvə almaqla məşğuldurlar! Bu müsibəti hara aparaq? Fılan soltanın zooparkı üçün xaricdən on dörd dənə dəvə alır və təyyarə ilə aparmaq istəyirlər. Bunlar bizim bütün varlığımızı aparırlar. Onlar isə dəvə alırlar! Bu qulaqların haçan açılacağını bilmirəm. Nəfxi-Surla açılmalıdırmı, bu gözlər haçan görəcək, bu dillər haçan danışacaq? Onlar kar, kor və laldırlar, demək ağıla gəlməzlər. hamısı ağıla gəlməzlərlə bağlıdır. Kar, kor və lallıq da ağıla gəlməzlərin davamıdır”.

region dövlətləri hələ də İsraili tanımaq istəyirlərmi?
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-08-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap