header

 Fazil Mustafa kimi adamların Azərbaycan respublikası xalqının azadələr ağası imam Hüseynə məhəbbətinə qarşı düşmənçiliyinin sirri

Fazil Mustafa son 200 il ərzində cənubi Qafqazda dini, İranlı və şiə kimliyinə qarşı fəaliyyət göstərən böyük bir qrupun bir halqasıdır.

Tashaio.com- ABŞ və İsrailin Azərbaycan respublikasında kuklası olan Fazil Mustafa son vaxtlar bu ölkənin müsəlman əhalisinin əqidə və ənənələrini təhqir edərək imam Hüseyn əzadarlığını islam və Qurandan uzaqlaşmaq və dərin quyuya düşmək kimi qiymətləndirmişdir.

Burada belə bir sualla qarşılaşırıq ki, niyə Fazil Mustafa kimi adamlar Azərbaycanın şiə əhalisinin kimliyinə qarşı mübarizə aparırlar? Onun cavabında deyilməlidir ki:

Birinci: Son neçə il ərzində Azərbaycan respublikasının şiələri Məhərrəm və xüsusilə bu ilki Aşura əzadarlığında kütləvi şəkildə iştirak etdiklərinə görə sələfilərin, vahabilərin və Nurçuların (Amerikada sakin olan və Amerika islamının təbliğatçısı Fətulla Gülənin tərəfdarları) amilləri nigərandırlar və cürbəcür bəhanələrlə, o cümlədən guya fanatizmə qarşı mübarizə bəhanəsilə neçə yüz illik tarixi olan əzadarlara hücum edir, virtual məkanda və Azərbaycan respublikasının informasiya vasitələrində zəhərli və şum fikirlərini yayımlayırlar.

Müxtəlif universitetlərin professoru və Azərbaycan yaşıllar partiyasının rəhbəri Mayıs Güləliyev Fazil Mustafa kimilərin fikirlərinə cavab olaraq deyir: “Fazil Mustafa və onun kimilərin şiələrin Məhərrəm əzadarlıqlarıa və mərasimlərinə dözə bilməmələri başa düşülməzdir. Tarix boyu və son 200 il ərzində belə adamlar olmuşlar. Lakin onların Fazil Mustafa ilə fərqləri budur ki, onlar cənubi Qafqazda öz siyasətlərini Rusiya imperializminə uyğunlaşdırırdılar. Fazil Mustafa və onun kimi adamlar isə öz fikirlərini Amerika və türkiyənin Qafqaz siyasətinə uyğunlaşdırırlar. Bunların din təəssübü yoxdur. Din belə siyasətçilərin nəzərində yalnız vasitədir. Onların bircə məqsədi vardır: Azərbaycan xalqını öz əsas və kökündən ayırmaq. Ən böyük gəvdəli ağac da öz kökündən ayrılarsa az zamanda quruyub məhv olar. Azərbaycan xalqının kökü İrandilli əhalinin müştərək mədəniyyət və əqidəlri ilə düyünlənmişdir.

Ötən 200 il ərzində Rusiya imperializmi və 70 illik komunist ideologiyası bu kökü üzə bilmədi. Buna görə də artıq yeni saxta ideyaya əsaslanaraq fəaliyyət göstərirlər. Bu ideyaları təbliğ edib rəvac verənlər bilməlidirlər ki, Azərbaycan xalqı öz kökündən ayrılsa çox asanlıqla digər ideyalara inteqrasiya olub aradan gedəcək, Azərbaycan xalqı adında bir şey olmayacaqdır. Bizim hamımıza Fazil Mustafalara cavab vermək imkanı vermirlər. Əslində Fazil Mustafa son 200 il ərzində cənubi Qafqazda şiə, İran və din kimliyinə qarşı fəaliyyət göstərən böyük bir qrupun halqalarından biridir. Fazil Mustafa planlı şəkildə təbliğ olunur. Onunla mübahisəyə asanlıqla məğlub olan adamlar dəvət olunur. Beləliklə onu düşünülmüş şəkildə böyüdürləü.

İkinci: biz əzadarlar mərsilərimizdə zülmün nümunələrindən danışırıq. Susuzluqdan, kütləvi qırğından və didərkinlikdən danışırıq. Bunlar baş verən hadisələrdir və deyilməsi lazımdır. Hami bilməlidir ki, Kərbəlada və Aşurada nə haq-batil arasında anlaşma müzakirəsi olmuş, nə daşqın və zəlzələ baş vermişdir. Müşriklər, münafiqlər və cahillər Yezidin qüdrət və sərvəti ətrafında toplaşmışdılar ki, Hüseyn və hüseynçilərə hücum edib doğrasınlar. Bu, onların əbədi və pozulmaz xislətidir və camaat onları bilməlidir.

İmam Hüseyn əleyhissalamın mərsiyəsi isə həzrət Abbas əleyhissalamın qollarının qələm olması, Əli Əkbər əleyhissalamın cansız bədəninin üzərində at çapılması və s. deyildir. O, böyük müsibətin əsasına işarə edərək deyir: islam ümməti Yezid kimi bir hökmdara giriftar olması ilə islamla vidalaşmalıyıq.

Yezid kimi sözün mənası budur ki, bu mövzu təkcə Yezid adlı şəxslə məhdudlaşmır. Əbədilik xarakteri daşıyır. Yezid kimi bir şəxs camaata hakim kəsiləndə Kərbəla və Aşura yaradılmalı, imamlar meydana gəlməli, böyüklər və xas adamlar, başları kəsilsə də səhnəyə çıxmalıdır. Yoxsa islama fatə.

Şəhadət mədəniyyəti

Bu hədəfi və istiqaməti imam Hüseyn (ə) müəyyənləşdirdi. Sonra dedi: haqqa əməl olunmadığını, batilin qarşısının alınmadığını görmürsünüzmü? Belə bir şəraitdə möminlər pərvərdigarın görüşünə meyl etməlidirlər.

Demək Fazil Mustafalar bu xəttin və bu mədəniyyətin dinamikliyindən qorxurlar. Xalqın müştərək məhbubu olan seyyidüşşühəda (ə)la qəlbi həmrəyliyindən qorxurlar. Onların heyvan xislətini aşkar edən mərsiyədən qorxurlar. Nəticə etibarı ilə Əbaəbdillah Hüseyn aşıqlərinin ağlamasından qorxurlar. Buna görə də imam Hüseyn deyir: mən göz yaşının ölmüşüyəm. Məni xatırlayıb ağlamayan mömin olmaz. Elədir. Azərbaycan respublikasında Fazil Mustafa kimi adamlar yaxşı bilirlər ki, ölkə əhalisi Aşura mədəniyyətilə tanış olsa onların və ərbablırının şiə ölkəsindəki dəsisə planları öz təsirini itirəcəkdir.

Fazil Mustafa son 200 il ərzində cənubi Qafqazda dini, İranlı və şiə kimliyinə qarşı fəaliyyət göstərən böyük bir qrupun bir halqasıdır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 06-06-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap