header

 İsrail mediası: "İranda vurulan təyyarə Naxçıvandan qalxıb"

İsrailin kəşfiyyat xidməti MOSSAD-a yaxınlığı ilə tanınan "Debka" saytı yazıb ki, avqustun 23-də İranın mərkəzi hissəsində vurulan "Hermes 450" pilotsuz təyyarəsi Azərbaycanın Naxçıvan bölgəsindən uçub. FaktXəbər-in məlumatına görə, bu barədə sayt İran və hərbi mənbələrə istinadən yazıb

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,İsrailin kəşfiyyat xidməti MOSSAD-a yaxınlığı ilə tanınan "Debka" saytı yazıb ki, avqustun 23-də İranın mərkəzi hissəsində vurulan "Hermes 450" pilotsuz təyyarəsi Azərbaycanın Naxçıvan bölgəsindən uçub.

FaktXəbər-in məlumatına görə, bu barədə sayt İran və hərbi mənbələrə istinadən yazıb.

Sayt yazır: "İranın hərbi aviasiya ekspertləri hesab edirlər ki, İnqilab Keşikçiləri Komandirliyi təyyarənin Səudiyyə Ərəbistanından qalxdığı barədə fikir söyləməkdə tələsib."

"Debka"nın məlumatına görə, Azərbaycanın İran, Ermənistan və Türkiyə ilə sərhədində yerləşən Naxçıvan bölgəsində kiçik aviabaza var və 3 il bundan əvvəl "Hermes 450" Ermənistan səmasında uçarkən vurulubmuş.

Qeyd edək ki, sözügedən iddia barədə İran mediası və hərbçiləri heç bir açıqlama verməyiblər. Nəzərə alsaq ki, İran tərəfi öz ölkəsinə qarşı olan təhdidlərin ünvanını hər zaman birbaşa söyləyir, o halda, əgər Azərbaycan tərəfindən belə bir təyyarə qalxmış olsaydı, bu barədə qarşı tərəf dərhal bəyanat verərdi. Görünür İsrail hökumətinə yaxın bir saytın belə bir informasiya yayması son zamanlar Azərbaycan-İran əlaqələrinin yaxınlaşmasından yaranan narahatçılığın göstəricisidir.

İsrailin kəşfiyyat xidməti MOSSAD-a yaxınlığı ilə tanınan "Debka" saytı yazıb ki, avqustun 23-də İranın mərkəzi hissəsində vurulan "Hermes 450" pilotsuz təyyarəsi Azərbaycanın Naxçıvan bölgəsindən uçub. FaktXəbər-in məlumatına görə, bu barədə sayt İran və hərbi mənbələrə istinadən yazıb
“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap