“Space”də çal-çağır davam edir
Posted on : qafqaz 10/16/2017 12:59:30 PM
Bu gün “Hər səhər” əyləncəli veriliş efirə gedib.
Xəbər verdiyimiz kimi, dünən
Azərbaycan ordusu 8, bu gün isə 4 əsgərini şəhid verib.
belə bir vaxtda “Space” kanalının
musiqili verilişlərin yayımına ara verməməsi tamaşaçıların etirazına səbəb
olub.
Belə ki, telekanal hələ də öz efir
proqramında dəyişiklik etməyib. Bu gün “Hər səhər” əyləncəli veriliş efirə
gedib. Proqramda xalq artisti, kamança ifaçısı Abbasqulu Nəcəfzadənin ad günü
qeyd olunub. Xalq artisti Teymur əmi, əməkdar artist Gülbahar Şükürlü, müğəni
Səyyad Əlizadə, Ruhəngiz Musəvi və başqaları mahnılar ifa edərək səbəbkara ad
günü təbriklərini çatdırıblar.