header

 Xalqın hökumətdəki roluna diqqət etməmək Avropa Şurasının Azərbaycanı təhqir etməsinə yol açmışdır

Tashaio.com-Bir müddətdir ki, Avropa Parlamentinin Azərbaycan dövləti tərəfindən bu şuranın məruzəçilərinə “cinsi xidmət” təklif edilməsi barədə iddiası ölkə dairələrində, habelə islami və beynəlxalq çevrələrdə reaksiyalara səbəb olmuşdur. Bu iddianın nə qədər düzgün olub-olmamasını bir tərəfə qoyub qeyd etmək olar ki, Azərbaycan Respublikasının Avropa Şurasına üzv olduğu 17 il ərzində bu ən ağır təhqirdir. Avropa Şurasının Azərbaycan dövlətinə və ona bağlı olaraq Azərbaycan xalqına bu kimi təhqiramiz baxışı barədə düşündükdə bir çox həqiqətlər üzə çıxır. Məsələni araşdırdıqda bir əsas sualla qarşılaşırıq və o da budur ki, Azərbaycan Respublikasının dövlət adamlarının Avropa Şurasına bu qədər xidmət göstərmələrinə və onların hər siyasətlərinə tabe olmalarına baxmayaraq, yenə də Azərbaycan dövləti bu şura tərəfindən təhqirlərə məruz qalır? Bu sualın cavabında çoxlu mətləblər vardır, amma hazırkı məqalədə bu suala “hökumət və xalq” və xalqın dövlətdə, onun izzətində birbaşa rolu və xalq hökuməti (demokratiya) baxışından cavab vermək istəyirik.

Xalq hökumətində (demokratik hökumətdə) xalq əsasdır, əsas xalqdır. Təkcə rəhbərin təyin edilməsi məsələsi deyil. Çünki demokratiya dedikdə fikirlər ilk olaraq səs qutularına gedir. Əlbəttə, bu da düzdür; prezidentin seçilməsi, deputatların seçilməsi, müxtəlif aparatların təyin edilməsi həqiqətdə xalq tərəfindən baş tutur. Bu, öz yerində düzgündür, amma təkcə bununla bitmir. Önəmli olan budur ki, demokratiyanı, yəni xalqı həyatın bütün işlərində söz sahibi, tədbir sahibi və qərar vermə sahibi bilməkdən ibarətdir. Sovet hökuməti dövründə Azərbaycan Respublikası tağut hökumətlərin təkbaşına qərar verməsindən əziyyət çəkirdi. O dövrdə xalqın səsinə əhəmiyyət verilmirdi, tağut və tağutun ətrafındakılar qərar qəbul edirdi. Yəni mütləq zülm və diktatorluq hökm sürürdü. Xalq onun hökumət etməsi üçün bir vasitə idi. Çünki hökumət etmək istəyən kəs, bir kəsə hökumət etməlidir və o kəs xalqdır. Xalqı ona hökumət etmək üçün istəyirdilər. Əliyev ailəsinin hakimiyyətə gəlməsi ilə digər bir xəstəlik də artdı; bu xəstəlik xarici hökumətlərin və imperializmin Azərbaycan Respublikasına nüfuz və hökmranlığı idi. Əliyev ailəsinin hakimiyyətindən qabaq ən azından bu yox idi. Sovet hökuməti zamanı diktatorluq var idi, amma əcnəbilrin nüfuzu yox idi. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə xarici hökmranlıq da daxil oldu. Xarici nüfuz diktatorluqla yanaşı oldu; xarici hökmranlıq tağut diktatorluğuna artırıldı. İş o yerə çatdı ki, müsəlmanların ən böyük düşməni olan sionist rejim islami bir ölkədə bütün işləri öz əlinə aldı.

Vurğuladığımız kimi xalq hökuməti təkcə ölkənin siyasi idarəsində deyil, şəhər və kənd xidmətlərində, ölkədə böyük işlər üçün əhval-ruhiyyə yaratmaq üçün də söz sahibidir. Xalq hökumətinin təsiri istedadların dirilməsində də önəmli rola malikdir. Xalq meydana daxil olduqda, xalqa etimad olunduqda, əhəmiyyət verildikdə bu kimi işlər parlayır. Xalqda milli kimliyə güvən hissi yaranır. Beləliklə, cəmiyyət elm, sənaye, yeni yaranmış bilik və texnologiya meydanlarında da inkişaf edir, regiondakı siyasətlərdə irəliləyir. Bütün bunlar ölkənin işlərində xalqın iştirakı və təsiri sayəsində baş verir. Beləliklə, ölkə və xalq əzəmətli olur.

Bu günləri siz görürsünüz ki, Amerikadan asılı hansısa bir dövlət hər gün 10 milyon barrel neft satır, büdcəsində çoxlu valyuta ehtiyatı var, amma ölkəsi yoxsuldur, ölkəsi geri qalıb, o ölkənin xalqının adı heç yerdə çəkilmir, o ölkədə görkəmli heç bir şey yoxdur, bir neçə tağut dövlətin başında dayanıb, ölkənin xalqı barədə dünyada heç bir tərif yoxdur. Amma dini demokratiya olduqda –İran İslam Respublikası kimi– dünyanın İran ölkəsinə ictimai baxışında xalq öndədir, göz qabağındadır. Ona görə də düşmənçilik də xalqla düşmənçilik sayılır. İndi İranla düşmən olan amerikalılar ölkənin rəhbərliyi, yaxud bir neçə dövlət rəsmisi ilə düşmən deyildir, bütün xalqla düşməndirlər. Çünki xalq bu ölkədə söz sahibidir. Düşməni qəzəbləndirən xalqın işləri, xalqın əzəmətidir. Demokratik hökumətdə xalqın əhəmiyyəti çox yuxarıdır, xalq şəxsiyyət qazanır, ümumi və ümumdünya sima əldə edir. Qeyd olunanların heç biri əliyevlərin tağut dövranında yoxdur. Bunlar İranda İslam İnqilabının bərəkəti ilə yarandı.

Deməli, xalq hökumətinin nəticəsi ölkənin inkişafıdır. İrandakı irəliləyişlər doğrudan da xariqüladədir. İran inqilabın dördüncü onilliyini irəliləyiş və ədalət adlandırdı. Ölkədə sözün həqiqi mənasında bütün sahələrdə irəliləyiş yaranmışdır. Baxmayaraq ki, inqilabın istədiyi məqsədlərə hələ çatılmayıb.

İnkişaf və irəliləyişin mənası əcnəbilərin gəlib bir ölkənin sərvətini yağmalaması və onlara göydələn tikməsi deyil. Bunlara inkişaf deyilmir. Azərbaycanın yalnız əcnəbilərə arxalanan və ölkənin öz daxili gücünə heç vəchlə güvənməyən bəzi dövlət adamları daim təkrar edirlər ki, filan ölkənin belə aeroportu və ya binası var. Xeyir, bu irəliləyiş deyil. Əcnəbilərin Azərbaycanın pulunu yeyib, xalqını təhqir etmələri, onlara hündür binalar tikmələri irəliləyiş deyil. Əksinə, bu geri qalmaqdır, bu ziyandır. Bu günləri regionun ən uca qülləsi regionun ən fərsiz ölkəsindədir. Bu, irəliləyiş olmadı! İrəliləyiş odur ki, bir ölkə, bir xalq öz gücü, iradəsi və potensialı ilə özünü ön cərgəyə çatdırsın. Bu irəliləyişdir və bu İranda baş vermişdir. Hal-hazırda İran səhiyyə və dərman sahəsinin mərkəzinə çevrilib, dünyada yüksək elmi dərəcəyə malikdir, regionda söz sahibidir, nüvə sahəsində yüksək elmi nailiyyətlər əldə edib, nanotexnologiyada yüksək bilik və bacarıq qazanıb, biotexnologiyada yüksək pillədə dayanır, kiberfəza sahəsi ilə bağlı elmlərdə yüksək reytinq sahibidir. Bunlar inkişaf və irəliləyişdir. İranın gənclərinin çoxu istedadın şiddətindən  ən yüksək pilləyə qalxmaq üçün bir işarəyə bənddirlər. İran təhlükəsizlik, müdafiə, kənd təsərrüfatı, sağlamlıq, elm və onun kimi sahələrdə çox irəliləmişdir. Bunların hamısı inqilabın səmərəsidir. İranın xəbərlərinin yayılmasının qarşısı alındığı üçün digər ölkələrin bunlardan xəbərsiz olması mümkündür.

Azərbaycan Respublikası da inkişaf və irəliləyişə nail olmaq üçün fəlakətdən çıxmalıdır, dövlət xalq hökumətini tanımalıdır və xalqı zillətdən, təhqirdən və başıaşağı olmaqdan qurtarmalıdır. Azərbaycan xalqı əzəmətli mədəni irsin varisi olan böyük bir xalqdır. Bu xalq öz həqiqi yerinə qayıtmalıdır. Bu mühüm hadisə baş tutmalıdır. Gələcək sübuta yetirəcək ki, Azərbaycan bu ölkənin aşuraçı gənclərinin himməti ilə bütün maneələri aradan qaldıracaq və əzəmətli, təyinedici və müsəlmanlar üçün əziz bir ölkəyə çevriləcək.

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-26-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap