header

 BMT: Qəzzə zolağı acınacaqlı durumdadır

BMT-nin Yaxın Şərq məsələləri üzrə koordinatoru çərşənbə günü bildirib: Qəzzə zolağı acınacaqlı durumdadır.

İRİB-in məlumatına görə, Nikolay Mladenov Yaxın Şərq olayları haqda BMT Təhlükəsizlik Şurasının aylıq iclasında sionist rejimdən Qəzzə zolağında fələstinli etirazçılara qarşı güc və zorakılıqdan istifadə etməməsini istəyib. 

BMT-nin Yaxın Şərq məsələləri üzrə koordinatoru son vaxtlar Qayıdış Haqqı böyük yürüşündə bir fələstinli uşağın şəhid olmasına reaksiyada bildirmişdi ki, israilli snayperlərin fələstinli uşaqları atəşə tutması utandırıcıdır. 

Qayıdış Haqqı dinc yürüşləri 30 martdan Qəzzə zolağında Torpaq Günü münasibəti ilə başlanıb və davam etməkdədir. 

30 martdan indiyədək sionist hərbçilərin atəş açması nəticəsində 112-dən çox fələstinli şəhid olub, təxminən 13 min nəfər də yaralanıb. 

BMT-nin Yaxın Şərq məsələləri üzrə koordinatoru çərşənbə günü bildirib: Qəzzə zolağı acınacaqlı durumdadır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap