header

 İsrail parlamenti qondarma "erməni soyqırımı"nı müzakirəyə çıxaracaq

İsrail parlamenti Knessetdə qondarma "erməni soyqırımı" müzakirəyə çıxarılacaq

İsrail parlamentinin deputatları Türkiyə ilə münasibətlərin kəskinləşməsi fonunda qondarma "erməni soyqırımı"nın tanınması məsələsini geniş müzakirəyə çıxarmağı qərara alıblar.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Knessetin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, əvvəlki illərdə irəli sürülərək qarşısı alınan təşəbbüslərdən fərqli olaraq, qərar bu dəfə hökumət tərəfindən etirazla qarşılanmayıb. "Erməni soyqırımı"nın tanınmaması İsrail dövlətinə mənəvi ləkədir. Xüsusən də əgər bu, siyasi konyukturanın xeyrinə baş verirsə", deyə təklifin müəllifi, sol təmayüllü "Mereç" partiyasının lideri Tamar Zandberq bildirib. 

Zalda əyləşən 16 deputatın hər biri məsələnin Knessetin komissiyalarında deyil, parlamentin bütün tərkibi ilə müzakirə edilməsi üçün onun lehinə səs verib. Debatın vaxtı hələlik təyin olunmayıb.

İsrail parlamenti Knessetdə qondarma "erməni soyqırımı" müzakirəyə çıxarılacaq
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap