header

 Isveçli keşişin müsəlmanlar haqda yazdığı məqalə sosial mediada gündəm olub

İsveç kilsə birliyinin sol bölgə rəhbəri Stefan Lindquist sosial mediada gündəm olub.

Stefan Lindquistin yazdığı "Müsəlmanlar nə qədər təhlükəlidir" adlı məqalədə belə yazıb: "Bir müsəlman mənə təzə yumurta gətirdi. Biri halımı soruşdu. Digəri isə maşınım təmirdə olanda məni istədiyim yerə aparmağı təklif etdi. Pulu olmayan dostunun evinə daim yemək aparan müsəlman tanıyıram. Müsəlmanlar həqiqətən nə qədər qorxunc və təhlükəlidirlər"

 

Məqaləsində isveçlilərlə müsəlmanları müqayisə edən Stefan Lindquist: "Bir isveçlinin pul almadan birinə yumurta verəcəyinə qətiyyın inanmıram. Hansı isveçli pulu olmayan dostunun evinə həftələrlə yemək aparar? Müsəlmanlar həqiqətən çox qorxuncdular". 

 

 

Daha sonra Lindquist məqaləsinə belə davam edir: "Bilmirəm, amma artıq biz isveçlilər gözlərimizi açıb həqiqətləri görməliyik. Çox alicənab və comərt müsəlman dostlarımın olduğunu fərq etdim. Əksıriyyətinin bir isveçlidə görmədiyim qədər gözəl qəlbləri var. Heç birində nifrət hiss etmədim. Fikrimcə insanlarla davranmağımız çox əhəmiyyətlidir. İnsanları qəbul edib, həyatınıza daxil etsəəniz əvəzində sevgi görərsiniz. Halbuki biz gündə bir neçə dəqiqə ruporla azan verilməsini belə bu insanlara çox görürük".

 

Məqalə sosial mediada səs-küy yaradandan sonra Aftonbaldet qəzetinə müsahibə verən Lindquist bildirib: "Müsəlmanların əksəriyyətində olan insan sevgisini və mərhəməti isveçlilərə göstərmək istədim. Fikrimcə müsəlmanlara qarşı yersiz və lazımsıəz qorxu hiss edirik". 

İslaminSesi

İsveç kilsə birliyinin sol bölgə rəhbəri Stefan Lindquist sosial mediada gündəm olub.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap