header

 Yəmənlilər Səudiyyəyə ballistik raket atıblar - Ər-Riyad 10 əsgərinin öldüyünü etiraf edib

Yəmən Ordusu və “Xalq Komitələri”nin (husilər) birgə raket qüvvələri Səudiyyə Ərəbistanın Cizan əyalətinin strateji dəniz limanını bir ədəd ballistik raketlə hədəfə alıblar.

İslaminSesi.info əl-Məsira telekanalına istinadla xəbər verir ki, yəmənlilərin Cizan dəniz limanına atdığı raket “Bədr-1” adlı ballistik raket olub.

 

Səudiyyə tərəfi bu raketin qarşısının alındığını bildirib.

 

Eyni zamandə Səudiyyənin mediası  son sutkada Yəmənlə sərhəddə gedən döyüşlər zamanı 10 əsgərini itirdiyini bildirib. Səudiyyənin rəsmi mənbələri bu rəqəmin 6 olduğunu deyib.

 

Hazırda Yəmən ərazisində Səda, əl-Hudeyda Təiz əyalətində Səudiyyənin dəstəklədiyi qüvvələrlə (Abdu-Rabbih Mansur Hadinin qüvvələri) qarşı tərəf arasında döyüşlər davam edir.

 

Səudiyyə Ərəbistanı və kolaisiyası 2015-in martından Yəmənə müdaxiləyə başlayıb. Lakin paytaxt Səna və ətrafındakı əyalətlər və eləcə də Yəmənin qırmızı dəniz sahilinə baxan ərazilərinin çoxu husilərin və onlara dəstək verən qüvvələrin nəzarətindədir.

Yəmən Ordusu və “Xalq Komitələri”nin (husilər) birgə raket qüvvələri Səudiyyə Ərəbistanın Cizan əyalətinin strateji dəniz limanını bir ədəd ballistik raketlə hədəfə alıblar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-24-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap