header

 Türkiyənin prezidenti: prezident seçkilərindən sonra Ankara-Telaviv əlaqələrinə yenidən baxılacaqdır

Türkiyənin prezidenti R. T. Ərdoğan bazarertəsi günü axşam demişdir: İyun ayının 23-də keçiriləcək prezident seçkisindən sonra Ankara ilə sionist rejimi arasında ticarət və iqtisadi əlaqələrə yenidən baxılacaqdır

  • Tashaio.com-Ərdoğan Bosniya səfərindən qayıdarkən təyyarədə müxbirlərə verdiyi müsahibədə demişdir: islam əməkdaşlıq təşkilatının sionist rejim əmtəələrinin alınmamasına dair qərara əsasən Türkiyə də seçkilərdən sonra iqtisadi əlaqələrə yenidən baxacaqdır. Hürriyyət qəzetinin yazdığına görə o, mövzunu izah edərək demişdir: ümid edirəm ki, təşkilata üzv ölkələr bu qərarı tətbiq edəcəklər. Xüsusilə bizə məhsullarını satmaq imkanını itirdikdən sonra.... türkiyə də öz əlaqələrinə, xüsusilə ticarət və iqtisadi əlaqələrinə yenidən baxacaqdır. Prezident Ərdoğan Amerikalı həmkarı Donald Trampın Suriya müxalifətinə və ağpapaqlılar qrupuna yardımını kəsəcəyinə dair qərarını tənqid edərək demişdir: ruslar Suriyanın şimalında yerləşmişlər və Trampın bu sözləri reallıqla ziddiyyətdədir. Ərdoğan bundan əvvəl ABŞ-n Qüdsdəki səfiriyinin simbolik olaraq açılış mırasimində demişdi: İsrail soyqırımını həyata keçirən terrorçu dövlətdir. Mən bu insan facəsini, kimin tərəfindən, İsrail yaxud Amerika tərəfindən olursa olsun məhkum edirəm. Bazarertəsi günü Amerika səfirliyinin Telavivdən Qüdsə köçürülməsi münasibətilə sionistlərin şənlik mərasimi ilə eyni zamanda Qəzzə zolağı və Qərbi sahildə yaşayah minlərlə fələstinli etiraz nümayişinə çıxdı. Sionist hərbçilər isə onlara atəş açdılar və azı 60 nəfər şəhid oldu və 2700 nəfərdən çox yaralandı. Ötən ilin Dekabr ayında ABŞ prezindenti D. Tramp bir tərəfli olaraq işğal olunmuş Qüdsü sionist rejimin paytaxtı kimi rəsmi tanımaqla eyni halda bildirmişdir ki. Bu ölkənin səfirliyini Telavivdən Qüdsə köçürəcəkdir. Onun bu təşəbbüsü beynəlxalq etirazlara səbəb oldu. Bir çox ölkələr, o cümlədən B. Britaniya, Fransa, Almaniya və Yapan bu işdə Uaşinqtona tabe olmayacaqlarını, Fələstin dövləti təşkil edilib məsələ ikidövlətli prinsip əsasında həl edilməyənə qədər səfirliklərini köçürməyəcəklərini bildirdilər.
Türkiyənin prezidenti R. T. Ərdoğan bazarertəsi günü axşam demişdir: İyun ayının 23-də keçiriləcək prezident seçkisindən sonra Ankara ilə sionist rejimi arasında ticarət və iqtisadi əlaqələrə yenidən baxılacaqdır
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-23-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap