header

 Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei fədaka və mücahid alim, Urmiya şəhərinin sabiq imam cüməsi, mərhum höccətül-islam Hacı Şeyx Qulamrza Həsəninin vəfatı münasibətilə başsağlığı verib.

Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
"Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Qorxmaz, fədakar və mücahid alim, mərhum höccətül-islam Hacı Şeyx Qulamrza Həsəninin vəfatı münasibətilə yaxınlarına, şagirdlərinə,  sevənlərinə və Qərbi Azərbaycan əyaləti xüsusi ilə Urmiya şəhərinin mömin xalqına və ruhanilərinə başsağlığı deyirəm. O mərhumun davamlı və hər tərəfli çalışmaları inqilabçı və mübariz bir ruhaninin həyat dəftərində həmişə yaşar və  təkrarsız səhifə olaraq qalacaq. O daxildə inqilaba zidd muzdlular və müharibə dövründə Bəəsli işğalçılar qarşısında mübarizədə misli görünməmiş işlər görüb. Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!"
 
Qeyd edək ki, mərhum  Höccətül-islam Həsəni  may ayının mayın 21-i axşam saatlarında 91 yaşında  vəfat edib. 
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei fədaka və mücahid alim, Urmiya şəhərinin sabiq imam cüməsi, mərhum höccətül-islam Hacı Şeyx Qulamrza Həsəninin vəfatı münasibətilə başsağlığı verib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-23-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap