header

 İsraildə Ermənistanı əsas dəstəkləyən Zahava Qalanın rəhbərlik etdiyi solçu Mirats partiyasıdır. Qalan dəfələrlə İsrail rəsmilərindən istəmişdir ki, Azərbaycana silah satışını dayandırsın

 İsrailin Ermənistanla uyğunlaşma əlaqələrinə yumşaq dəyişiklik.

Tashaio.com-Sovet ittifaqı dağıldıqdan sonra İsrail cənubi Qafqazda yeni müstəqil olmuş respublikalarla əlaqə yaratmağa başladı. O, Ermənistanla
əlaqələrini genişləndirmək üçün bəzi addımlar atdı. Misal üçün regional əməkdaşlıq naziri Tzaçi Hangibi ötən ilin iyul ayında Ermənistana üç günlük səfər etmişdir. Xarici işlər naziri Edvar Nalbəndiyanın dəvəti ilə baş tutan səfər İsrailin son on il ərzində ən yüksək rütbəli rəsmisinin səfəri idi. Ariel Şaron dövründə informasiya xidmətlərini uyğunlaşdırmasına rəhbərlik edən Tzaçi Hangibi Nalbəndiyandan əlavə Ermənistanın informasiya texnologiyaları naziri Vahan Martirosiyanla görüşmüş və siberi təhlükəsizliyinə dair birgə əməkdaşlıq haqqında müzakirə aparmışlar. Buna baxmayaraq Hangibi verdiyi bəyanatda səfərinin hərbi və informasiya ilə əlaqədar olmadığı, aqrar sənaye, su mənbələri ribitə mövzuları ilə əlaqədar
olduğunu vurğulamışdır. Buna baxmayaraq Ermənistan xarici işlər nazirinin müavini Şavariş Köçəriyan bildirmişdir ki, İsrail Azərbaycanın silah və hərbi avadlıqların ən böyük təminedicisidir.
Lakin eyni halda Ermənistana silah satma təklifi vermişdir. Məlumdur
ki, Ermənistanın İsraillə əlaqə yaratmasının arxasında Azərbycan faktoru durmuşdur.İsrail son illərdə Azərbaycana 5 milyard dollarlıq silah satışmır. Ermənistan isə belə bir vəziyyətdə şəraiti dəyişdirmək üçün İsrailə istiqamətlənir. İsraildə Ermənistanı əsas dəstəkləyən Zahava Qalanın rəhbərlik etdiyi solçu Mirats partiyasıdır. Qalan dəfələrlə İsrail rəsmilərindən istəmişdir ki, Azərbaycana silah satmağı dayandırsın. Yəhudilər 19-cu əsrdə İrəvanda yaşayırdılar. Bu şəhərdə iki yəhudi icması, Əşkinaz və Mərzax yəhudiləri yaşayırdı.
Sovet dövründə Ermənistan yəhudiləri 5 min nəfər olsa da sonralar 700 nəfərə endi. İsrailin müharibə nazirinin müavini Efraim Sana Elmanitpr
jurnalında dərc etdiyi “niyə İsrail Ermənistan-Azərbaycan müharibəsində sakit dayandı?” adlı məqaləsində yazmışdır: digər ölkələrin xilafına olaraq Azərbaycanda anti-yəhudi fikri yoxdur.
Yəhudilər Azərbaycandan bu mövzuya görə razıdırlar. Buna baxmayaraq son illərdə İrail-Ermənistan əlaqələri sürətlə inkişaf etməkdədir.
Ötən il İsrail ermənilərinin “Anahid” adlı birlik əncüməni yaradılma mərasimi Qüdsdə keçirildi. Əncümənin yaradılmasından məqsəd İsraildəki erməniləri birləşdirməkdir.

 

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-19-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap