Keçmiş ABŞ MKİ rəhbəri: "Fələstinlilərin qətlinin məsuliyyəti ABŞ-ın üzərindədir"
Posted on : Digər sahələr 05/17/2018
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Fələstinin Qəzza bölgəsində kütləvi qətliamın məsuliyyətinin ABŞ-ın prezidenti və sionist rejiminin rəhbərinin üzərində olduğunu vurğulayıb.
"Fars" agentliyinə istinadən verdiyi xəbərə görə, Jon Brennan öz tvitterində belə yazıb: “Qəzzada baş verən hadisələr, birbaşa olaraq ABŞ prezidenti Trampın və İsrailın baş nazıri Netanyahonun fələstinlilərin hüquqlarını tanımamasın nəticəsindədir”.
Brennan ABŞ rəhbərliyinin, səfirliyin Tel-Avivdən Qüdsə köçürülmə qərarını tənqid edərək, Trampın ABŞ-ın sülhsevərliyini sıfıra endirdiyini bildirib.