header

 Oruc tutan şəxs gərək bu kimi bəyənilməyən işlərdən uzaq olsun

İslam şəriətində əməllər icra olunması baxımından - 5 qismə bölünür.

Ramazan ayının orucu vacib oruclardandır. Mütəal Allah hər bir sağlam və gücü yetən bəndəsində bu ayda oruc olmağı istəyib və İslam şəriətində vacib buyurub.

 

İslam şəriətində əməllər icra olunması baxımından  5 qismə bölünür:

 

Vacib

Haram

Məkruh (bəyənilməyən)

Müstəhəb (bəyənilən və savabı olan)

Mübah (edib-etməməsində nə savabı, nə də cəzası olmayan əməllərə deyilir. Məs- çay içmək kimi)

 

Məkruh əməllər bəyənilməyən əməllərdir, lakin buna görə kimsə Allah dərgahında cəzalandırılmaz. Bu işi görmək  (məkruh) ilahi əzaba səbəb olmaz. Lakin insan mənəviyyatını korlayar, onun əldə etdiyi mənəvi şirinliyi aradan aparar.

 

Qeyd etmək lazımdır ki, oruc tutan birinci növbədə haramlardan, ikinci növbədə isə məkruhlardan çəkinməlidir. Amma çəkinməsə də bu ona axirətdə cəza və əzab gətirməz. Məkruh əməllər orucu pozmur, amma savabını azaldır. Oruc tutan şəxsin bu işləri görməsi Allah Təala dərgahında bəyənilmir. 


1-Gözə dərman tökmək (Qeyri-zəruri halda)
2-Gözə sürmə çəkmək
3-Qan aldırmaq
4-Zəifliyə səbəb olacaq təqdirdə hamama girmək
5-Ətirli gülləri iyləmək
6-Qadının suda oturması
7-Əyindəki paltarını islatmaq
8-Diş çəkdirmək,yaxud ağızdan qan gəlməsinə səbəb olacaq hər hansı bır iş görmək (Qeyri zəruri halda)
9-Yaş ağacla mısvak etmək ( dişin dibini təmizləmək)
10-Şəhvəti təhrik edən işlər görmək.

 

Yaşar Nuriyev / İslaminSesi

İslam şəriətində əməllər icra olunması baxımından - 5 qismə bölünür.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-16-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap