header

 İmam Xomeyni (r) təfəkküründə qadının mövqeyi

Qadın da bir insandır. Özü də böyük bir insan. Qadın cəmiyyətin tərbiyəçisidir. Qadın ağuşunda insanlar yetişir. İnsanları qadınlar tərbiyələndirir. Ölkələrin səadəti və bədbəxtliyi qadın vücuduna bağlıdır. Qadın öz düzgün tərbiyəsi ilə insan yetişdirir, öz düzgün tərbiyəsi ilə ölkələri abadlaşdırır. Bütün xoşbəxtliklərin əsası qadınlara bağlıdır. Qadın bütün xoşbəxtliyin mənşəyi olmalıdır.

2. Qadının cəmiyyətdə rolu böyükdür. Qadın bəşəriyyətin arzularını həyata keçmə simvoludur. İnsan övladları qadın ağuşundan tərbiyə alaraq meraca gedirlər. Bizim bu əsrdə qadınlar cihad meydanında kişilərlə bərabər, hətta onlardan üstün belə olduqlarını sübut etdilər.

3. Qadınlar o zaman bir insan hesab olunmurdular. Cahiliyyət dövründə onların varlığı öz ailəsinə alçaqlıq hesab olunurdu. Belə bir vəhşətli dövrdə Rəsul Əkrəm (s) qadınları cahillik adət-ənənələrindən xilas etdi, onları bu çirkin bataqlıqdan xilas etdi. İslam tarixi Rəsul Əkrəmin (s) şərəfli məxluq olan qadınlara hədsiz-hüdudsuz ehtiramının şahididir. Peyğəmbər (s) bu ehtiram vasitəsilə cəmiyyətdə qadının kişilərdən üstün olmasa da aşağı səviyyəli olmadığını sübut etdi.

4. Dəyərli müsəlman qadınlarımız heç vaxt yolundan azmaz, Qərb və qərbpərəstlərin bu hiyləsinə uymazlar. Bəzi qadın cəmiyyətlərinin hiyləgərlər tərəfindən təlqin olunmuş süni qəflət yuxusundan oyanması, hamının çiyin-çiyinə müqavimət göstərəcəyinə, qadının mahiyyətinin olduğu kimi yüksək məqamına yönəldəcəklərinə ümidvaram.

5. Qadının dünyada özünə məxsus bir yeri vardır. Bir cəmiyyətin səlah və fəsadı orada yaşayan qadınların səlah və fəsadından asılıdır. Qadın tərbiyələndirdiyi insanların bərəkəti sayəsində bir cəmiyyət deyil, hətta cəmiyyətlərin belə düzgün istiqamətlənib böyük insani dəyərlərə meyllənməsinə səbəb ola biləcək yeganə bir varlıqdır. Qadının məqamı çox yüksəkdir, islam qadınlarının məqamı isə daha yüksəkdir.

6. İslamı və ölkəni müdafiə etməyin vacib olması barədə islam alimləri və islam ölkəsində yaşamış agah insanların heç bir etirazı yoxdur. Söhbət Böyük cihaddan gedir. Cihad qadına vacib deyil. Amma öz namusunu, öz ölkəsini, öz həyatını, öz malını və islamı müdafiə etmək hamıya vacibdir. Bu gün islam dininin qadına verdiyi dəyər sayəsində qadınlar da cəmiyyətin təsirli üzvləridir.

7. Şiəlik qadınları ictimai həyat səhnəsindən çıxarmır. Şiəlik hətta qadınları cəmiyyətdə çox böyük insani məqamlara yüksəldir. Biz qərb dünyasının dünyəvi-maddi inkişafını qəbul edirik. Amma onların özlərinin şikayətləndiyi fitnə-fəsadları qəbul etmirik. Biz qadının böyük insani məqama çatmasını arzulayırıq. Qadın taleyini özü həll etməlidir. Əgər hər hansı bir millətdən şücaətli və insanpərvər qadınları ayırarlarsa, onda o millət və xalq məğlub olub dağılar.

8. Bu gün qadınlar öz ictimai və dini vəzifələrinə əməl etməlidirlər. Ümumi iffəti qoruyub, bu iffətlə ictimai-siyasi atmosferdə də fəaliyyət göstərməlidirlər. Qadınlar öz fəaliyyətlərini, gələcəklərini və talelərini müəyyən normativlərə riayət etməklə hicablarını seçməkdə azaddırlar. Qadınlar digər hicab növlərinə nisbətən öz azadlıqlarını islami hicabda tapıblar.

9. Bizim aramızda “islami hicab” adını daşıyan hicabın mahiyyətcə azadlıqla heç bir ziddiyyəti yoxdur. İslam dini iffətə zidd olan məsələlərlə müxalifdir. Biz isə hamını islami hicaba dəvət edirik. Bizim şücaətli qadınlarımız sivilizasiya adı daşıyan artıq Qərbin bəlalarından cana yığılıb, islama sığınıblar.

10. İslam dinində qadınların hicablı olması zəruridir. Amma mütləq çadraya bürünmək vacib deyil. Hicabını və geyimini seçməkdə hər bir qadın ixtiyar sahibidir. Nazirliklərdə qadınların işləməsinin heç bir eybi yoxdur. İşləsinlər. Lakin şəri hicabda olub, şəri qaydalara riayət etsinlər. Əlbəttə diqqətli olun, islamın təyin etdiyi hicab yalnız və yalnız sizin dəyərinizi qorumaq üçündür.

11. Qadınların cəmiyyətdə rolu kişilərə nisbət çoxdur. Çünki onlar cəmiyyətin çox fəal bir üzvü olmaqla bərabər, digər fəal üzvlərini də tərbiyələndirirlər. Anaların cəmiyyətdə etdikləri xidmət müəllimlərə, hətta hamıya nisbət də böyükdür. Bu, peyğəmbərlərin bəyəndiyi bir işdir. Qadınlarının islami məqsədlər uğrunda ön cərgədə gedən hər bir millət zərər çəkməz.

12. Təhsil ocaqlarında müsəlman qadınlara qarşı hicabla mübarizə məsələsi islam ölkələrinin düçar olduğu böyük bəlalardan biridir. Çünki bu məsələ azad ölkələrin hicabı ləğv etməsi onların heçdə azad ölkə olduğunu göstərmir. Axı bu dünyada nə üçün müsəlman qızların istədiyi islami geyimdə təhsil ocaqlarına girişi qadağasına laqeyd yanaşırlar? Bunun azadlıq çətiri altında müqəddəs azadlığa müxaliflər hesab olunmurlarmı? Bu gün Pərvərdigar bizə məsuliyyət verib və qəflətdə durmaq olmaz!

13. Mənim qadınlar cəmiyyətində müşahidə etdiyim dəyişkənlik, kişilərə nisbətən daha çoxdur. Bu möhtərəm qadınlar islama bəlkə də kişilərin göstərdiyi xidmətdən daha çox xidmətlər göstəriblər. Bu dəyişkənliyin daim qalacağına ümidvaram. Əziz bacı və qardaşlarımız bu əhval-ruhiyyəni ciddi surətdə qoruyub-saxlamalı, siyasi- ictimai məsələlərdə həmişə ayıq olmanızı istəyirəm.

14. Siz qadınların Allah-Təala dərgahında dəyəriniz çoxdur. Ona görə də təhzib-nəfs edin, uşaqlarınızı islam qanunlarına uyğun tərbiyələndirin. İslam sizdən övladlarınızın sağlam tərbiyə verilməsini, öz isti ağuşunuzda mənəvi cəhətdən nurani etmənizi istəyir. Çünki onlar nurani islam övladlarıdır və bundan sonra islam və ölkənin taleyi onların ixtiyarında olacaq. Allah-Təaladan sizə bu dünyada xoşbəxtlik, səadət və sağlamlıq inayət etməsini arzulayıram.

15. Əziz bacı və qardaşlar. Hər hansı bir ölkədə olursunuzsa-olun, öz islami və milli heysiyyətinizi qoruyun. Qorxmadan öz düşmənlərinizin, yəni Amerikanın, beynəlxalq sionizmin, şərq və qərbin böyük və güclü dövlətlərinin qarşısında şübhə etmədən islami ölkələri, müsəlmanları müdafiə edin, islam düşmənlərinin zülmlərini ifşa edin!

16. Bütün qadınlar öz şəxsi və islami mənafelərini müdafiə etməlidir. Qadınların həm ən əhəmiyyətli məsələ olan təhsil meydanlarında, həm də hər bir qadın və kişiyə, uşaq və böyüyə vacib olan islamı müdafiə meydanlarında ön cərgədə olacağını ümid edirəm. Qadınlar aldanmamalıdır. Qadınlar sadəcə bəzək-düzəkli, başı açıq və yarıçılpaq halda küçəyə çıxmağı qadın mənliyi olduğunu düşünməməlidirlər. Bu qadın məqamı hesab olunmur. Bunu belə düşünən qadın qadın deyil, bir oyuncaqdır.

17. Qadın iki mərhələdə məzlum olub: Birincisi, cahillik dövründə. Cahillik dövründə həqiqətən də qadınlara zülm olunurdu. İslam dini insanlara lütf edib qadını o çirkin zülm bataqlığından xilas etdi. İkinci dövr isə bizim iranlı qadınlarımıza zülm olundu. Bu gün isə İslam Respublikası qadınları kişilərlə çiyin-çiyinə öz ölkələrinin taleyini həll edirlər. Həqiqi azadlığın mənası da bax elə budur!

18. Qadınlar Qərbə təqlid etdikləri zamana qədər müstəqil olmayacaqlar. Üzümü Qərbdən hansısa bir modanın, yaxud zinət əşyasının və müxtəlif vasitələrin gəlməsini tələb edən qadınlara tuturam. Qərbdə bir mod çıxan kimi hökmən onlara baxıb o modanı icraya qoyan qadınlara deyirəm. Bu təqliddən əl çəkməyincə, insan olmayacaqsınız, heç vaxt müstəqillik qazanmayacaqsınız.

Müstəqil və azad olmaq üçün sizin də bir millət və xalq kimi tanınmanız üçün Qərbə etdiyiniz təqlidlərdən yaxa qurtarmalısınız. Onlara tabe olub ardınca getdiyiniz vaxtadək, müstəqillik arzulamayın.

“Ərdəbil Məhde Təşəyyo”
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 10/16/2017 12:59:31 PM
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap