header

 Türkiyənin baş naziri demişdir ki, ölkəsi Ermənistanla əlaqələrində yeni səhifənin açılmasına hazırdır

Tashaio.com-O, cümə günü ölkəsinin Ermənistanla əlaqələrini yaxşılaşdırmağa hazır olduğunu bildirmişdir. “Ələrəbi” portalının yazdığına görə Türkiyənin baş naziri Binəli Yıldırım cümə günü bildirmişdir ki, Ermənistanla əlaqələrində yeni səhifənin açılmasına dair o ölkənin təkliflərini nəzərdən keçirməyə hazırdır.

Həmin raporta əsasən Türkiyə ilə Ermənistanın diplomatik əlaqələri yoxdur və iki ölkə arasındakı sərhəd bağlıdır. Ötən həftə Nikel Paşiniyanın baş nazir vəzifəsinə seçilməsindən sonra Binəli Yıldırım iki ölkə arasında əlaqələrin şərtsiz olaraq bərpasına hazır olduqlarını bildirmişdir. Türkiyənin baş naziri ötən gün müxbirlərə demişdir: “Hələ görək nə olacaq. Ermənistan son neçə ildəki düşmənçilik mövqeyindən əl çəksə, səhv mövqelərini boşlasa və yeni əlaqə səhifəsi açmaq istəsə, biz də reaksiya verəcəyik”. O, sözlərini davam etdirərək artırmışdır: “biz, dostluğun artmasını, düşmənçiliyin azalmasını istəyirik”. Türkiyə ilə Ermənistanın əlaqələri 1916-cı il Osmanlı tərəfindən ermənilərin qovulası ilə pisləşmişdi. Deyildiyinə görə Azərbaycan respublikasının rəsmiləri İrəvan-Ankara əlaqələrinin yaxşılaşması ilə qəti müxalifdir. Qeyd edək ki, Türkiyə bundan əvvəl Ermənistanla əlaqələrin adiləşməsi üçün Qarabağ münaqişəsinin həllini şərt qoymuşdu.

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-13-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap