header

 Gevorq Mirzoyan: `Paşinyan `DQR`i tanısa, Azərbaycan müharibəyə başlamalıdır`

“Ermənistanda 2018-ci ilin yazında baş verən hadisələr gözlənilən idi.”

“Ermənistanda 2018-ci ilin yazında baş verən hadisələr gözlənilən idi.” 

FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə RF hökuməti yanında Maliyyə Universitetinin Politoloqiya Departamentinin dosenti Gevorq Mirzoyan haqqin.az-a müsahibəsində bildirib. 

"Bunu hələ çox-çox illər demək mümkün idi. Hökumət vətəndaşların fikirlərinə diqqət etmədi, ölkədə oliqarxiya qurdu, iqtisadi inkişafı təmin etmədi. Təbii ki, gərginlik artdı", - deyə o, vurğulayıb.

Ekspertin sözlərinə görə, sakinlərin narazılığının bunt həddinə çatmamasının bir sıra səbəbləri olub: "Birincisi, hamı biliridi ki, inqilab Azərbaycanla de-fakto müharibə şəraitində və Turkiyə ilə konfliktləri olan dövləti ciddi zəiflədə bilər. İkincisi, erməni müxalifəti heç cürə birləşə bilmirdi - orda belə bir prinsip fəaliyyət göstərirdi: iki erməni- üç fikir - dörd rəhbər, elə hökumət də belə birliyin olmamasına zəmanət üçün bir neçə dollar xərcləyə bildi. Real etiraz üçün triqqer lazım idi - bu da Sarqsyanın baş nazirlik vəzifəsi ilə bağlı xalqı aldatmağı oldu. Serj Sarqsyan insanların ondan və onun simvolizə etdiyi hər şeydən qurtulma ümidini aldı. Bu, son damcı oldu", - deyə Mirzəyan bildirib. 

O, sakinlərin kütləvi etirazı pərdəsi ilə ölkə rəhbərliyinin yumşaq formada dəyişməsi düşüncəsi ilə razılaşmayaraq Nikol Paşinyanı hökuməti uzurpasiyada (hakimiyyətin bir nəfər, bir qurum və ya bir qrup adam tərəfindən zor gücünə, qanunsuz ələ keçirilməsi - red.) təqsirləndirib.

"Hökumət dəyişikliyinə gəlincə - bu yumşaq formada olmadı, Paşiyan tərəfindən uzurpasiya oldu. Qeyri-qanuni və ədalətsiz. Ölkədə texniki baş nazir qoymaq və seçkilərlə özünün baş nazir olma hüququnu sübut etmək əvəzinə, o, tərəfdarları tərəfindən aksiyalarla parlamentə birbaşa təsir göstərərək hakimiyyəti qəsb etdi", - deyə ekspert vurğulayıb.

Mirzoyanın sözlərinə görə, bundan əlavə, Paşinyan guya mübarizə aparmalı olduğu oliqarxlarla əlbir oldu: "Ermənistan iqtisadiyyatında sistemli islahatların inkişafında nə dərəcədə effektiv olacağını hələ görərik (Ola bilsin ki, Paşinyan buna nail olsun), ancaq onun hakimiyyətə qeyri-qanuni yolla gəlməsi faktı şübhə doğurmamalıdır".

Politoloq hesab edib ki, gələcəkdə Ermənistan-Rusiya münasibətlərində sistemli dəyişiklik olmayacaq.

"Rusiya ilə münasibətlərdə sistemli dəyişiklik gözləməyə dəyməz. Paşinyan da, ermənilərin böyük əksəriyyəti də yaxşı bilirlər ki, Rusiya ilə hərbi iqtisadi münasibətlərdə alternativ yoxdur. Bu səbəbdən böyük ehtimalla Paşinyanın rusofobluğu, ancaq AB ilə yüngül flört, həmçinin mənasız şəkildə Moskvadan Azərbaycana silah satışını dayandırmaq tələbi formasında olacaq. Bunun yanında Gümrü bazası fəaliyyətinə davam edəcək, Ermənistan KTMT-da və Avropa Birliyində qalacaq", - deyə o, vurğulayıb.

Onun fikrincə, Paşinyan Qərb dairələri tərəfindən dəstəklənsə də, onun arxasında deyillər.

"Onlar onu dəstəkləyirlər, ancaq çətin ki, arxasında duralar. Mən hətta əlavə edirdim ki, onlara Paşinyanın uzurpasiyası sərf etmir - onlar hər şeyin konstitusion yolla baş verməsini istərdilər. Çünki bu halda erməni nümunəsindən "düzgün inqilab" obrazı - yəni korrupsioner hökuməti qanuni və dinc aksiyalarla getməyə məcbur edən, sonra isə elə həmin qanuni yolla onların yerinə ölkəni liberal islahatlara aparan "xalq rəhbərlərini" seçən obraz yarada bilərdilər.

Ukrayna nümunə kimi alınmadı, əksinə, Rusiya və postsovet KİV-ləri tərəfindən inqilab niyyətlərinin diskreditasiyası üçün fəal şəkildə istifadə olunan qorxutmaq üçün "bostan müqəvvasına" çevrildi. Hətta Paşinyanın şəxsiyyəti də burada yersizdir - əlbəttə o, rusofobdur, ancaq nə texnokratdır, nə populist", - deyə Mirzoyan vurğulayıb.

Ermənistan -Azərbaycan münaqişəsinin tənzimlənməsi məsələsinə toxunan Rusiya Maliyyə Universitetinin dosenti bu istiqamətdə müsbət irəliləyişin mümkünlüyünü istisna edib.

"Müsbət irəliləyişi gözləməyə dəyməz. Burada əsas Bakıdır. Azərbaycan gərək münaqiqşənin hərbi yolla həllinin mümkünsüz saysın və yeganə kompromislə - ərazilərin, həmçinin qaçqınların dərhal geri qayıtması müqabilində "DQR"-in müstəqilliyini (hətta keçiriləncək referendum əsasında olsa belə) dərhal tanımağa razılaşsınlar", - deyə Mirzoyan bildirib.

Onun sözlərinə görə, digər uğurlu və ən əsası real danışıq variantı yoxdur.

"Ancan mənfi dəyişiklik mümkündür. Məsələn, Paşinyan reytinq yığmaq üçün populist addımlar atsa. Məsələn, "DQR"-i birtərəfli şəkildə tanıması. Burda Bakının hərbi cavabdan başqa yolu qalmır. Ən azı öz simasını qorumaq üçün", - deyə o, vurğulayıb.

Ekspert hesab edir ki, Ermənistan hadisəsi göstərdi ki, Moskva keçmiş SSRİ ərazisində sistemli şəkildə yüngül güc göstərməlidir.

"Ermənistan hadisaları bir daha (artıq neçənci dəfə) sübut etdi ki, Kreml postsovet məkanında sistemli şəkildə yüngül güclə məşğul olmalıdır. Əks təqdirdə, qonşularımızın ağıl və ürəklərinə rəqiblərimiz - ABŞ, AB, Türkiyə təsir göstərəcək. O zaman biz bu qonşuları Ukraynanı itirdiyimiz kimi itirərik. Elə ermənilərin də əksəriyyəti rusiya meyillidirlər. Biz artıq Ukrayna timsalında gördük ki, informasiya təsiri düşüncəni necə dəyişə bilər", - deyə Mirzoyan bildirib.

Onun fikrincə, yeni baş nazir nəzəri cəhətdən Ermənistanda mövcud olan kəskin sosial-məişət məsələlərini həll edə və vətəndaşların ölkədən axınını dayandıra bilər.

"O, axmaq insan deyil, böyük etibar kreditinə malikdir, seçiləcəyi təqdirdə "Avginin at tövləsinə" çevrilən iqtisadiyyatı təmizləməklə məşğul ola bilər. Xüsusən də hamıya aydındır ki, bunu necə eləmək mümkündür - belə təmizliklər digər ölkələrdə də həyata keçirilib", - deyə vurğulayan ekspert, bunun yanında belə bir planın praktikada reallaşmasına şübhələrini də bildirib.

"Birincisi, populist Paşinyan konkret fəaliyyətlərə hazırdırmı? O, hakimiyyətə uğurlarına görə deyil (necə ki, Atatürk, ya Napaleon öz liderlik və konstruktiv bacarıqlarını göstərmişdi), sadəcə inqilab dalğası ilə gəlib. Bu qara atdır. İkincisi bu qara at erməni oliqarxları ilə artıq danışıqlara gedib, hansı ki, onlarla mübarizə aparmalı idi. Mən heç inanmıram ki, Qaqik Tsarukyanın vicdanı oyanıb. Bu səbəbdən zaman göstərəcək, necə ki, həmişə göstərib", - deyə Mirzayan sözlərini bitirib.

“Ermənistanda 2018-ci ilin yazında baş verən hadisələr gözlənilən idi.”
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-13-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap