header

 Rəyülyovm Ərəb başçılarına: Amerika qadınlarınızın bəzək əşyalarına da aman verməyəcək

Rəyülyovm qəzeti Ərəb başçılarına xitabən yazmışdır: Siz, Amerikan kölələri bütün var-yoxunuzu, neft pulundan tutmuş torpaqlarınıza kimi Amerikaya veribsiniz. O, bunlarla kifayətlənəcək, yoxsa monqollar kimi arvadlarınızın daş qaşına da Aman verməyəcək? Gedin tarixi oxuyun və Monqol hücumundan ibrət alın

Tashaio.com- Qəzet çərşənbəaxşamı günü Ərəb yazıçısı Hadi Şəllufdan dərc etdiyi bir məqalədə xatırlatmışdır ki, Amerikanın regiondakı mövcudluğu və ərblərin bu ölkəyə qarşı davranışı ata-babalarımızın təsəvvürünə sığmayan müsibətə çevrilmişdir. Onlar, gələcəkdə Amerikanın kəşf edilib imperiyaya çevrilməsini və ərəbləri öz dəyərlərindən əl çəkib onu razı salmaq üçün hər iş görəcəklərini təsəvvür etmirdilər. Lakin reallıq göz qabağındadır. Buna görə də ya zirəklik göstərib planlarına qarşı çıxmalı, yaxud da təslim olub əmrlərinə boyun əyməliyik.

Müəllif öz sözünün davamında yazmışdır: Ərəb başçıları gecəli-gündüzlü Amerikaya səfər edir və onun köləsi kimi davranırlar.

Şəlluf xatırlatmışdır ki, həm ərəblər, həm də amerikalılar yaxşı bilirlər ki, biz əsrlər boyu yaratdığımız dəyərlərə və qazandığımız milli sərvətlərə inanmır və onları zahiri və səviyyəsiz hesab edirik. Buna görə də bütün bu nailiyyətlərimiz əcnəbilərin hədələmə vasitəsinə çevrilmişdir.

O, Ərəb başçılarına xitabən demişdir: Ey Ərəb başçıları və daha doğrusu, ey Amerika kölələri, bu ölkə onların banklarında saxladığınız əmval və depozitlərinizi istəyir.

Amerika artıq neft barellərinin az pulu ilə kifayətlənmir, onu ucuz qiymətə belə sizdən almır. Amerika artıq köhnəlmiş və işlənmə tarixi bitmiş silahları sizə satmaqla kifayətlənmir. Bu gün sizdən istəyir ki, könüllü olaraq, yaxud məcburiyyət qarşısında neftinizdən və torpaqlarınızdan əl çəkəsiniz. Həm də ötən 50 il ərzində qazandıqlarınızı iki əlli təqdim edəsiniz. Bəlkə də bununla da kifayətlənməyəcək, monqullar və tatarlar kimi, qadınlarınızın daş qaşlarını da istəyəcək.

İRNA-nın raportuna əsasən Şəlluf xatırlatmışdır: sizdən soruşulmalıdır: siz bütün var-yoxunuzu, neftinizi və torpaqlarınızı Amerikaya təqdim etdikdən və bu ölkəyə getdikdən sonra nə baş verəcək? Başqa bir sual: Əgər siz hər şeyinizi Amerikaya hədiyyə etsəniz belə onun razılığını əldə edə biləcəksinizmi? Gedin, tarixi oxuyun, Monqulların və Tatarların başınıza gətirdikləri bəlalardan ibrət alın.

O demişdir: Qərb, xüsusilə Amerika son illərdə müxtəlif bəhanələrlə, silah satmaq və sərmayə qoyuluşu bəhanələri ilə Fars körfəzi Ərəb ölkələrinin, xüsusilə Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərin milyardlarla dollar sərvətini talan etmişdir. Ərəb hökmdarları isə öz xalqlarını, yerlərini və milli sərvətlərini nəzərə almır, yalnız Amerikanın razılığını qazanmaq istəyir və əlləri sinələrində Qərbin əmrlərini güdür və regionda onların planlarını həyata keçirir.

Rəyülyovm qəzeti Ərəb başçılarına xitabən yazmışdır: Siz, Amerikan kölələri bütün var-yoxunuzu, neft pulundan tutmuş torpaqlarınıza kimi Amerikaya veribsiniz. O, bunlarla kifayətlənəcək, yoxsa monqollar kimi arvadlarınızın daş qaşına da Aman verməyəcək? Gedin tarixi oxuyun və Monqol hücumundan ibrət alın
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap