header

 Görəsən İrəvandakı dalğa Moskvaya çatacaqmı?

Rusiyanın siyasi müxalifəti İrəvandakı son hadisələri bu ölkədə də təkrar etmək ümidindədirlər. Lakin Rusiyanın sosial-iqtisadi və siyasi həyatındakı dəyişikliklər xalqla dövlət arasında bağlılığa gətirib çıxarmış və yaxın gələcəkdə rəngli inqilabın baş vermə imkanını aradan aparmışdır.

Tashaio.com-Əslən İrəvanda anadan olan Rusiyanın siyasi eksperti Anderanik Miqraniyan Novestiyə verdiyi inkluziv təhlilində yazmışdır: İrəvandakı küçə nümayişləri baş nazir SerJ Sarkisiyanın kənarlaşdırılmasına və Ermənistan parlamentində müxalifət nümayəndəsi Nikol Paşiniyanı baş nazir vəzifəsini ələ keçirməyə yaxınlaşdırmasına səbəb olmuşdur. Bu dəyişikliklər Rusiya müxalifətində belə bir ümid yaratmışdır ki, İrəvan hadisələri Moskvada da baş verə bilər. Həmin hədəflə şənbə günü 5 Mayda Moskvanın mərkəzində küçə nümayişi planlaşdırıldı. Bu nümayiş prezident Putinin andiçmə mərasimindən qabağ oldu. Bundan məqsəd tam aydındır. Miqraniyan yazır: mən istər Rusiyada, istərsə də Ermənistanda vəziyyəti yaxşı bilən və iki ölkədə baş verən 30 illik siyasi cərəyanların təhlilini bacaran bir şəxs kimi rəngli və digər qəribə inqilabların tərəfdarlarına xəbərdarlıq edirəm ki, Rusiya və Ermənistanın siyasi vəziyyətləri çox fərqlidir. Onlar İrəvanda baş verənlərin Moskvada təkrarlanmasına ümid etməsinlər. Əvvəla, Ermənistan hakimiyyəti 30 ildir ki, xalqın küçə etirazlarının qarşısını ala bilməmişdir. Əlbəttə bu proses bütün postsovet məkanında olmuşdur. Ermənistanda isə çox həssas şərait yaranmışdır. Bu ölkə iqtisadi blokadada və Azərbaycanla Qarabağ üzrə müharibə şəraitində yaşayır. Bu problemlərin həllini praqnozlaşdırmaq olmaz. Buna görə də əhalinin çoxu çörək, təhlükəsizlik və övladlarının gələcəyi naminə ölkədən çıxırlar. Zavodların, elmi müəssisələrin, laboratoriyaların vəziyyətinin sovet dövründə olduğu kimi qalması vəziyyəti daha da pisləşdirmişdir. Ermənistanda informasiya və texnoloji vəziyyət olduqca pisdir. Dövlət isə ölkənin və himayəsi altında olan Qarabağdakı kiçik respublikanın təhlükəsizliyini təmin etmək üçün ordu quruculuğuna külli miqdarda vəsait sərf edir.

Rusiya əhalisi Vladimir Putindən həqiqətən də razıdır.

Ekspert artırmışdır: ikincisi, Ermənistanda baş verən real mənfi halların çoxu Rusiyanın siyasi və sosial – iqtisadı həyatında da mövcud olmasına baxmayaraq V. Putinin prezidentlik dövründə təkcə sosial və iqtisadi vəziyyətdə deyil, siyasi sahədə də ciddi dəyişikliklər baş vermiş və xalqı müsbət cəhətə meyilləndirmişdir. Bu ölkədə 2012-ci il prezident seçkisində bir çoxlarının fikrincə əhalinin Putini dəstəkləməsi yalnız kağız üzərindədir və ilk geniş anti-Putin etirazları ilə iqtidar devriləcəkdir deyirdilər. Elə o vaxt məlum oldu ki, Rusiyada xalq-hökumət əlaqələri Ukrayna, Gürcüstan və digər postsovet respublikaları ilə tam fərqlidir. Rusiyanın taleyi küçələrdə təyin edilmir. Məlum oldu ki, dövlət müəssisələri o qədər qüdrətli və effektivdir ki, müxaliflərin təşkil etdiyi elə də böyük olmayan etiraz nümayişlərindən sonra Putinin himayədarları küçələrə çıxıb Moskva küçələrini müxalifətin əlindən çıxardılar. Həm dövlət qurumları, həm silahlı qüvvələr, həm də siyasətçilər Putini himayə edirdilər. Hələ bu vəziyyət qərbçi liberal qüvvələrin güclü zamanına aid idi. Lakin Krımın Rusiyaya birləşdirilməsindən sonra Ukraynada Donbasın vəziyyəti, Suriyada hərbi əməliyyat, siyasi və informasiya sahələrində ümumxalq dərkinin və vətənpərvərlik ideyasının güclənməsi ilə hakimiyyətin dəstəklənməsi daha da gücləndi. Mart seçkisi də bunu əyani sübut etdi. Tam aydındır ki, dövlət qurumları daha uyğun əməl edir və bütün xarici embarqolara baxmayaraq Rusiya cəmiyyətində nəinki çat yaranmadı, üstəlik xalq-hökumət bağlılığı möhkəmləndi.

Rusiya müxalifətinin nə deməyə sözü, nə eşitməyə qulağı var.

Miqraniyan inanır: Əlbəttə bu vəziyyətin nə qədər davam edəcəyini praqnozlaşdıra bilən olmaz. Lakin yaxın gələcək üçün inkaredilməz prespektiv budur. İndiyə kimi Rusiyanın ümumi informasiya vasitələrində qərbçi, liberal və anti-Putin qüvvələrin tərəfdarları bu qədər kənarda qalmamışdı. Artıq onların nə deməyə sözü, nə eşitməyə qulağı vardır. Müxalifət uduzmuşdur. Çünki bir çox siyasətçilər və ağıllılar hökuməti müdafiə etməyi və ölkəyə dəyər verməyi şərəf hesab edirlər. Son sözümüz budur ki, Ermənistan hakimiyyətinin məğlubiyyətinin səbəbi budur ki, bu ölkənin hakimiyyəti Rusayanın xilafına olaraq müxalifətlə qarşılaşmaq üçün öz tərəfdarlarını küçəyə çəkə bilmədi, mütəfəkkirlər arasında həmrəylik yarada bilmədi. Müxalifər rəhbəri isə həmin mövzudan istifadə etdi. Daha əhəmiyyətlisi budur ki, Ermənistan hakimiyyəti informasiya müharibəsi amilini gözdən yayındırdı. Dövlətin tərəfdarı olan informasiya vasitələri son siyasi dəyişikliklərdə qeyri-fəal oldular və müxalifətin qarşısında udzdular.

 

Rusiyanın siyasi müxalifəti İrəvandakı son hadisələri bu ölkədə də təkrar etmək ümidindədirlər. Lakin Rusiyanın sosial-iqtisadi və siyasi həyatındakı dəyişikliklər xalqla dövlət arasında bağlılığa gətirib çıxarmış və yaxın gələcəkdə rəngli inqilabın baş vermə imkanını aradan aparmışdır.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-10-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap