Türkiyə rəsmi şəkildə ABŞ-ı hədələdi
Posted on : Türkiyə 05/06/2018
Əgər Vaşinqton Ankaraya beşinci nəsil F-35 qırıcı təyyarələrinin tədarükünün qarşısını alarsa, Türkiyə ABŞ-a qarşı cavab tədbirləri görəcək.
FaktXəbər-in məlumatına görə, belə bir açıqlamanı Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu CNN Türk kanalına müsahibəsində verib.
Nazir bildirib ki, gələn həftə ABŞ-a səfəri zamanı bu məsələni qaldıracaq.
"F-35 satışının ləğvinin yolverilməz olması barədə söhbət aparılacaq. Amma danışıqlar baş tutmazsa və ABŞ qadağa qoyarsa, onda ABŞ Türkiyədən lazımi cavabı alacaq, - deyə Çavuşoğlu bildirib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ dövlət katibinin köməkçisi Uess Mitçel Türkiyənin Rusiyadan S-400 ZRK sistemlərini alacağı təqdirdə, sanksiyalarla üzləşə biləcəyini söyləmişdi. O, bu snksiyalar çərçivəsində Türkiyənin də üzv olduğu F-35 proqramını xatırlatmışdı.