header

 Vəhabi kraldan Mərakeş kralına: İrana qarşı birləşməliyik!

Səudiyyə Ərəbistanı kralı Mərakeş kralı ilə telefon danışığı keçirib.

İslamazeri.com-un "Islam Today"-ə istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanının kralı Salman öz həkmarını - Mərakeş kralı VI Muhəmmədi 2 ölkə səylərini "təcavüzkar İran rejiminin hərəkətlərinə" qarşı mübarizədə birləşdirməyə səsləyib.

Kral Salman bu haqda Mərakeş kralı ilə keçirdiyi telefon danışığı zamanı bəyan edib.

Xatırladaq ki, ötən gün bəlli oldu ki, Mərakeş İranla olan münasibətlərinə xitam verdi. Mərakeş bu addımını Livanın "Hizbullah" hərəkatının "Polisario Cəbhəsi"nə (adıçəkilən təşkilat Qərbi Səhranın Mərakeşdən ayrılmasını istəyir) dəstək verməsi ilə izah edib. İran isə bu ittihamları təkzib edib.

Səudiyyə Ərəbistanı isə İranı region dövlətlərinin işlərinə qarışmaqda ittiham edir və İrana qarşı mübarizə aparmağa, həmçinin anti-İran sanksiyaları siyahısının genişləndirilməsinə dair çağırışlar edir

Səudiyyə Ərəbistanı kralı Mərakeş kralı ilə telefon danışığı keçirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 05-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap