İran avtomatik tuşlanan, elektro-optik və ağıllı Qasid-3 raketlərin istehsalına başlayıb
Posted on : iran 05/01/2018
Yeni raket Qasid-1 və Qasid-2in inkişaf etdirilmiş formasıdır.
İslaminSesi.info TasnimNews-a istinadla xəbər verir ki, İranın Müdafiə Sənayesi son ərəfədə bir sıra silahların istehsalına başlayıb ki onların arasında avtomatik tuşlandırılma qabiliyyətli elektro-optik ağıllı raketlər var.
Bundan öncə İran HHQ tərkibinə daxil olan 2 funt (907,2 kq) ağırlığında olan "Qasid-1" və “Qasid-2” avtomatik tuşlanan ağıllı raketin geniş miqyaslı istehsalını aparırdı.
Sepah-ın xəbər agentliyi “Tasnim” bildirib ki, “Qasid-1” və “Qasid-2” 50 km məsafə uzaqda olan hədəflərin vurulması üçün nəzərdə tutulmuşdusa, “Qasid-3” 100 km məsafəni dəqiq vura bilən ağıllı raketdir.
Əlavə edilib ki, elektron müharibəsi əsnasında raketlərin atılan istiqamətindən yayındırmaq səyləri də “Qasid-3” qarşısında aciz olacaqdır.