header

 AİP Hacı Əlikram Əliyevin il dönümü ilə bağlı başsağlığı verdi

İslaminSesi bildirir ki, Azərbaycan İslam Partiyası Hacı Əlikram Əliyevin şəhadətinin ildönümü ilə əlaqədar başsağlığı verdi.

“Bu gün 1992-ci ildə Azərbaycan İslam Partiyasının təməl daşını qoyan Hacı Əlikram Əliyevin vəfatının ildönümüdür. AİP-in rəhbərliyi və idarə heyəti, qurumun bütün üzvləri adından ailəsinə, yaxınlarına, bu el ağsaqqalını, mübariz insanı tanıyan və sevən hər kəsə baş sağlığı verir, Allahdan ona rəhmət diləyirik.

Hacı Əlikram Əliyev görkəmli ictimai xadim, vətənpərvər və xalqını canından çox sevən dahi şəxsiyyət, cəsarətli siyasi lider, İslam əqidəsinə qırılmaz tellərlə, əyilməz vücudu ilə bağlı bir duha idi.

Xalqın, onun sağlam və etibarlı gələcəyi yolunda, haqq və ictimai ədalət uğrunda yorulmadan apardığı mübarizə Hacı Əlikram Əliyevə hədsiz məşəqqətlər gətirsə də o, heç zaman iradəsindən dönmədi. Zülm və haqsızlığa qarşı, xalqımızın maddi-mənəvi-dini dəyərlərinin qorunması, bərpası naminə azadlığını qurban verməsi, dəfələrlə həbsə alınaraq zindan həyatı yaşaması, sağlamlığını belə itirməsi onu tutduğu haqq yolundan çıxara bilmədi.

Hacı Əlikram Əliyev siyasi fəaliyyətinə milli azadlıq hərəkatında fəal mübarizə yolunda başladı. Ölkə istiqlaliyyətinin qazanılmasında bütün qüvvəsini sərf etdi. Onun qarşısına qoyduğu ən mühüm vəzifələrindən biri də dinsiz bir siyasi sistemin 70 il xalqımızın mənəviyyatına vurduğu ağır zərbənin və yaraların sağalmasına nail olmaq, bundan ötrü isə xalqımızın ən sağlam qüvvələriin səfərbər etmək, dinimizin azad şəkildə təbliğini və inkişafını yerinə yetirmək oldu. Bu istiqamətdə atılan addımlar Hacı Əlikrama xalqımızın qəlbinə nüfuz etməsini, ürəklərdə özünə silinməz heykəl yaratmasını qazandırdı.

Hacı Əlikram Əliyev siyasi fəaliyyətinin sonrakı mərhələlərində erməni qəsbkarları tərəfindən işğal  olunmuş torpaqlarımızın azadlığı,  Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda könüllülərin səfərbər edilməsi yolunda var gücünü sərf etdi. Vətənpərvər insan milli sərvətlərimizin talanmasının qarşısının alınması üçün mövcud hakimiyyətə təkliflər irəli sürdü. Təəssüflər ki, Hacının xalqımızın, dövlətimizin inkişafı perspektivi naminə atdığı hər bir addım onun həbsi, təqibi, müxtəlif məhrumiyyətləri ilə nəticələndi. O, nəhayət bu ağır sıxıntılardan sonra sağalmaz xəstəliklərə düçar oldu və 2011-ci ilin mart ayının 17-də dünyasını dəyişərək Vətəninin, xalqının, dininin yolunda şəhid oldu.

Hacı Əlikram Əliyevin vəfatının ildönümü ilə bağlı ailəsinə, yaxınlarına, bütövlükdə xalqımıza bir daha dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”

Hacı İlham Əliyev,

Azərbaycan İslam Partiyasının sədr əvəzi

İslaminSesi bildirir ki, Azərbaycan İslam Partiyası Hacı Əlikram Əliyevin şəhadətinin ildönümü ilə əlaqədar başsağlığı verdi.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-17-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap