Britaniyada "Müsəlman cəzalandırma günü" elan etdilər - FOTO
Posted on : Digər sahələr 03/12/2018
Britaniyada 3 Apreli "Müsəlmanları cəzalandırma günü" elan edərək, bununla bağlı təbliğat fəaliyyətinə baş vurulub
İslamazeri.com xəbər verir ki, Britaniyanın bir çox yerində insanlara məktublar göndərilib. Bu məktub, 3 Aprel tarixini "Müsəlman cəzalandırma günü" elan edən bəyanat məzmunundadır. Məktubda "Səni incitdilər, sevdiklərinizə əzab verdilər. Sizdə narahatçılıq, ürək sızısına səbəb oldular. Bu mövzuda nə edəcəksiniz?"- deyə yazılan mətnin altında, tövsiyyə və edilən addımara verilən xallar yazılıb.
Xalvermə sistemi isə bu cürdür:
10 xal - Bir müsəlmanı sözlə cəzalandırmaq
25 xal - Müsəlman qadının hicabını açmaq
50 xal - Bir müsəlmanın üzünə sirkə turşusu atmaq
100 xal - Bir müsəlmanı əzişdirmək
250 xal - Bir müsəlmanın dərisinə elektrik verərək işkəncə vermək
500 xal - Bir müsəlmanı silah, bıçaq, maşın və ya başqa bir yolla qətlə yetirmək
1000 xal - Bir məscidi yandırmaq və ya bombalamaq
2500 xal - Məkkəyə atom bombası atmaq
İngilis polisi isə, araşdırma apararaq məktubun kimlər tərəfindən hazırlandığıyla bağlı araşdırmalara başladıldığını açıqlasada, hələ ki, bu məsələ ilə bağlı həbs olunan olmayıb. (Copyright 2006 İslamazeri.com)