Səudiyyə vəliəhdi yaltaq deputata 16 min pond verdi
Posted on : Digər sahələr 03/10/2018
Britaniyanın leyboristlər palatasında mühafizəkar partiyanı təmsil edən deputat Leo Duçerti Səudiyyə Ərəbistanının vəliəhdinə yaltaqlıq etdikdən sonra ondan 16 min pond maliyyə yardım alıb.
Britaniyada çıxan Deyli Mirver qəzeti bu barədə məlumat yayıb.
Həmin məlumata görə, Duçerti son altı ayda iki dəfə Səudiyyə Ərəbistanına səfər edib və onun səfərinin xərci tamamiylə kral ailəsi tərəfindən ödənilib.
Deyli Mirver bildirib ki, Duçerti Səudiyyə Ərəbistanı vəliəhdinin Londona səfəri zamanı onu " destabil regionda geniş miqyaslı stabillik gücü" adlandırıb və Britaniya baş naziri Tereza Meyi vəliəhdin kənarında olacağı barədə onu arxayın etməyə çağırıb.
Bin Salman çərşənbə günü geniş etirazlarla Londona daxil oldu.