header

 Böyük Britaniyada Səud rejiminin şahzadəsinə etiraz - FOTOVİDEO

“Hərbi cinayətkar, xoş gəlmədin”

Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salman xarici səfərlərinin ikinci dayanacağı olan Böyük Britaniyaya gəlib.

Maide.Az "deyerler.org" -a istinadən xəbər verir ki, Məhəmməd bin Salman Böyük Britaniyaya səfəri çərçivəsində Kraliça 2-ci Yelezaveta və baş nazir Terza Mey ilə görüşüb.

Nazirlər kabinetindən verilən açıqlamaya əsasən, baş nazir Tereza Mey və Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salman rəhbərliyi altında Londonda “Böyük Britaniya-Səudiyyə Ərəbistanı Strateji Tərəfdaşlıq Şurasının” iclası keçirilib. İclasda iki ölkə arasında gələcəkdə təxminən 65 milyard sterlinqlik xarici ticarət və investisiya həcmi barədə razılıq əldə olunub.

Açıqlamaya əsasən, iki ölkə arasında investisiya münasibətləri təhsil, maliyyə xidmətləri, mədəniyyət, əyləncə, səhiyyə, elm və texnologiya ilə müdafiə sənayesi sahələrində intensiv xarakter alacaq.

Görüşdə İran və İraq barəsində müzakirələr aparıldı. Baş nazir Mey Yəməndəki humanitar vəziyyətlə əlaqədar Britaniyanın narahatlıqlarını qeyd etdi. Tereza Mey və Məhəmməd bin Salman limanlar da daxil olmaqla tam, sərhədsiz humanitar və ticarət xətlərinin rahatlaşdırılması üzərində razılaşdılar. Yəməndəki münaqişə ilə humanitar fəlakətin sona çatdırmağın yeganə yolunun siyasi həll yolu olduğunu qeyd etdilər.

Bu arada, “Müharibəni dayandır koalisiyası” baş nazir Tereza Mey ilə görüşən Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salmana etiraz ediblər. Baş nazirin “Dauninq Strit”dəki iqamətgahının qarşısında toplaşan nümayişçilər, Bin Salman və Səudiyyə rejiminin Yəməndəki hərbi hərəkatı əleyhinə plakatlar qaldırıblar.

Polisin geniş təhlükəsizlik tədbirləri həyata keçirməsi ilə baş tutan mitinqdə, Səudiyyə rejiminin vəliəhd şahzadəsinin əleyhinə şüarlar səsləndirilib. “Əllərini Yəməndən çək!”, “Qatillər Londona xoş gəlmədi!” və “Bin Salman hərbi cinayətkardır!” yazılmış plakatlar daşıyan nümayişçilər, Britaniyanı hökumətindən Səudiyyə rejiminə silah satışını dayandırmasını tələb ediblər.

Böyük Britaniyadakı Fəhlə Partiyasının deputatı Kris Uillyamson mitinqdə etdiyi çıxışında, Bin Salmanın təkcə bölgədəki hərbi əməliyyatlarda yox, ölkə daxilindəki hərəkətlərində də insan haqları pozuntularına imza atdığını deyib.

“Müharibəni dayandır koalisiyası”nın qurucularından Lindsi German da Bin Salmanın Böyük Britaniyaya səfərini tənqid edib: "Səudiyyə rejimində Böyük Britaniyanı cəzb edən nədir? İnsan hüquqları pozuntuları? Qadın hüquqlarının məhdudluğu? Səudiyyə rejiminin son 3 ildir Yəməndə dinc vətəndaşları bombalaması?”.

Yəməndəki bombardmanların və insan haqları pozuntularının səbəbkarının bin Salman olduğunu bildirən German, Səudiyyə rejiminin şahzadəsini qırmızı xalça ilə qarşılanmasını tənqid edib.

 Böyük Britaniyada Səud rejiminin şahzadəsinə etiraz: “Hərbi cinayətkar, xoş gəlmədin”

admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-08-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran

Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap