ABŞ vitse-prezidenti: "İsrail-Səudiyyə maraqları bir-birinə yaxınlaşıb"
Posted on : Digər sahələr 03/06/2018
ABŞ-ın vitse-prezidenti Maykl Pens verdiyi açıqlama zamanı bildirib ki, İŞİD məğlubiyyətinin İranın qələbəsi olmasına yol verməyəklər
"Vaşinqton Tehranın nüvə silahları yaratmasına icazə verməyəcək. Bu, onların son şansıdır. İranın nüvə sazişi qarşıdakı aylarda yenidən nəzərdən keçirilməzsə, ABŞ dərhal sazişdən çıxacaq", - deyə Maykl Pens söyləyib.
İsrail və Səudiyyə Ərəbistanının maraqları bir-birinə yaxınlaşdığını və üst-üstə düşməyə başladığını qeyd edən Maykl Pens uzun müddətdir ki, düşmən olan ölkələrin birgə hərəkət etdiyini sözlərinə əlavə edib.
Xatırladaq ki, dünən Beynəlxalq Atom Enerjisi Agentliyi İran tərəfinin atom sazişi üzrə öhdəliklərini yerinə yetirdiyini təsdiqləyib. 2015-ci ildə İran və altı beynəlxalq vasitəçi (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) İranın nüvə probleminin həlli mövzusunda razılığa gəliblər.
Mənbə: eastnews