header

 Ağ ev qarşısında anti-sionizm aksiya

Sionist lobbisinin illik iclası ilə eyni zamanda Amerikanın işğalçı sionist rejimə dəstəyinin davam etməsinə qarşı Ağ ev qarşısında etiraz aksiyası keçirilib.

Amerika və ərəb təşkilatlarının çağırışı ilə sionist lobbisinin illik iclası ilə eyni zamanda Amerikanın işğalçı sionist rejimə dəstək siyasətinin davam etməsinə qarşı etiraz əlaməti olaraq Ağ ev qarşısında aksiya keçirilib. 

Əl-Məyadin telekanalının müxbiri bildirib ki, Bir neçə ərəb və amerikalı ABŞ-ın İsrailə dəstəyinə etiraz əlaməti olaraq Ağ ev qarşısında aksiya keçiriblər. Aksiyaçılar Trampın Qüdsü İsrailin paytaxtı tanıması barədəki qərarını pisləyərək onun ləğv olunmasına çağırıblar. 

Aksiya iştirakçılarından biri deyib: Fələstinlilər bu yerə toplaşaraq bildirmək istəyirlər ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə biz heç cür razılaşmayacağıq. Qüds Fələstin şəhəri olaraq qalacaq və onun İsrailin paytaxtı olması mümkünsüzdür. 

Başqa bir aksiya iştirakçısı deyib: Tramp və ABŞ dövləti beynəlxalq hüquqa hörmətlə yanaşmır və xalqların hüquqlarının təmin edilməsinə inanmır. 

Amerikadakı sionist lobbisinin illik iclasi ilə eyni zamanda keçirilən bu etiraz aksiyasının iştirakçıları ABŞ konqresinin İsrailə dəstəyini pisləyiblər və Fələstinin işğalına son qoyulmasını istəyiblər. 

Aksiyaçılardan biri deyib: Güc xalqın əlindədir və biz birləşdikdə hakimiyyətdə kimin olması önəmli deyil. Bunlar məhv olacaqlar və biz Fələstini və əsirləri azad edəcəyik. 

Başqa aksiyaçı deyib: Sionist lobbisi amerikalı siyasətçiləri satın alırlar və onları İsrailin nümayəndələrinə çevirirlər. Biz isə onlara yox deyirik. 

Sionist lobbisinin illik iclası ilə eyni zamanda Amerikanın işğalçı sionist rejimə dəstəyinin davam etməsinə qarşı Ağ ev qarşısında etiraz aksiyası keçirilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap