header

 Səud rejimini tənqid edən şəxs Mədinə məscidlərinin birində minbərdəykən həbs olundu - VİDEO

Mədinədə məscidlərin birinin minbərində Səud rejimini tənqid edən şəxs həbs olunub

İslamazeri.com xəbər verir ki, Səudiyyə Ərəbistanında məscidlərin birində minbərdə Səud rejimini tənqid edən şəxs həbs olunub. Sosial şəbəkələrdə həbs olunan şəxsin məscidin imamı olması bildirilsədə, rəsmi qurumlar məlumatın bu hissəsini təsdiq etməyiblər. Mədinənin "İslam İşləri Üzrə" qurumun rəhbəri Qalib Bin Muhəmməd bu haqda deyib ki, bu hadisə həqiqətən Mədinədə, "Əl Cəbriyyə" məscidində baş verib. Vəhabi krallığın rəsmisinin sözlərinə görə, çıxış edən şəxs məscidin imamı yox, "ağlı başında olmayan şəxs" olub.

Qeyd edək ki, çıxış edən Səudiyyənin ABŞ-a xoş getmək üçün İslami dəyərləri qurban verərək Peyğəmbər torpaqlarının əyləncə yuvasına çevrildiyini bildirib və rejimi tənqid edib. O minbərdə olarkən polis tərəfindən həbs olunub. Bəzi mənbələr onun məscidin imamı olduğunu bildiriblər. Həbs olunan şəxsin kimliyi nə rəsmi qurumlar tərəfindən, nə də senzuradan "nəfəs ala bilməyən" media tərəfindən açıqlanmayıb.

Mədinədə məscidlərin birinin minbərində Səud rejimini tənqid edən şəxs həbs olunub
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-05-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap