header

 Ayətullah Amili Qarabağ Azadlıq Təşkilatının fəxri üzvlüyünü qəbul etdi

Ayətullah Seyid Əli Xameneinin Ərdəbil nümayəndəsi Ayətullah Seyid Həsən Amili Qarabağ Azadlıq Təşkilatının fəxri üzvlüyünü qəbul edib

Bu görüşdə Vəli-Fəqihin Ərdəbil vilayəti üzrə nümayəndəsi və Ərdəbilin imam cüməsi olan Ayətullah Seyid Həsən Amili Qarabağ Azadlıq Təşkilatının bu təşkilata rəsmən üzv olması istəyinə cavab olaraq,  Qarabağ Azadlıq Təşkilatının fəxri üzvü olması ilə razılaşıb. 

Ayətullah Amili bu görüşdə deyib: Qarabağ problemini öz problemimiz hesab edirik və bu məsələdən narahatıq. Bu məntəqənin tez bir zamanda azad edilməsi üçün dua edirik. Və İran gəcnləri öz Rəhbərlərinin fətvası ilə Qarabağın azad edilməsində iştiraka hazırdırlar. 

O həmçinin deyib: Amerika və Rusiya Qarabağda maraqlara malikdirlər. Bu məntəqənin işğalından çoxlu faydalar əldə edirlər. Buna görə də işğalçı ölkəni dəstəkləyirlər. Qarabağın azad edilməsinin yeganə yolu Azərbaycan xalqının səhnəyə daxil olmasıdır. 

Ərdəbilin imam cüməsi daha sonra deyib: İran ötən illər ərzində Qarabağın azad edilməsi yolunda çoxlu səylər göstərib və daim Azərbaycan xalqının kənarında olub. Amma, münaqişənin baş verdiyi ilk illərdə, o vaxtın rəsmiləri tərəfindən atılan düşünülməmiş addımlar problemlərin daha da artmasına səbəb olub. 

Ayətullah Seyid Əli Xameneinin Ərdəbil nümayəndəsi Ayətullah Seyid Həsən Amili Qarabağ Azadlıq Təşkilatının fəxri üzvlüyünü qəbul edib
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 03-01-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap