header

 General Purdəstan: İŞİD ABŞ-ın İran, Rusiya və Çinə qarşı təzyiq vasitəsidir

İran İslam Respublikası ordusunun strateji araşdırmalar mərkəzinin rəisi İŞİD terror qruplaşmasını ABŞ-ın İran, Rusiya və Çinə qarşı təzyiq vasitəsi adlandırıb və deyib: İranın silahlı qüvvələri İŞİD-in regiondakı aktivliyinə tam formada nəzarət edir.

İRİB-nin verdiyi məlumata görə, general-mayor Əhmədrza Purdəstan bazar günü Tehranda deyib: İŞİD terrorçuları İraq və Suriyadan İordaniya və Əfqanıstana köçürülürlər. Vəhhabi mədrəsələri isə İŞİD-i yeni qüvvə ilə təmin edirlər. İndi, İŞİD ABŞ-ın İran, Rusiya və Çinə qarşı bir təzyiq vasitəsi olaraq fəaliyyət göstərir. 

İran ordusunun strateji araşdırmalar mərkəzinin rəisi daha sonra ABŞ-ın İrana qarşı yeni strategiya hazırladığını deyərək, əlavə edib: ABŞ-ın yeni strategiyası bütün siyasi imkanlar, savaş metodları, sosial şəbəkələr və virtual aləmdən istifadə edərək, İrana qarşı hərəkət etməkdir. 

General-mayor Purdəstan düşmənin digər məqsədini İranı təkfirçilər və terrorçular ilə savaşa sürükləmək adlandırıb və deyib: İranın silahlı qüvvələri terrorçuların regiondakı bütün hərəkətlərini tam diqqətlə izləyir və terrorçuların fəaliyyətləri və təchizatları ilə bağlı dəqiq məlumatlara malikdir. 

O, İranın silahlı qüvvələrinin hazırlıqsız durum ilə üzləşməyəcəyini deyərək, əlavə edib: İranın silahlı və hüquq-mühafizə qüvvələri son dərəcə yüksək bacarığa və qabiliyyətlərə malikdirlər. 

İran İslam Respublikası ordusunun strateji araşdırmalar mərkəzinin rəisi İŞİD terror qruplaşmasını ABŞ-ın İran, Rusiya və Çinə qarşı təzyiq vasitəsi adlandırıb və deyib: İranın silahlı qüvvələri İŞİD-in regiondakı aktivliyinə tam formada nəzarət edir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-25-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap