header

 Bəhreynli aktivist Səudiyyəni tənqid etdiyi üçün həbsə məhkum oldu

Bəhreyndə hüquqmüdafiəçi Nabel Rəcəb yazdığı tənqidi tvitlərinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib.

FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Reutersxəbər yayıb.

Qeyd edək ki, Nabel Rəcəb Səudiyyə Ərəbistanın  Yəmənə təcavüzünü qınamış, həmçinin Bəhreyn hökumətini həbsxanalarda məhbuslara işgəncədə ittiham etmişdi.

Beynəlxalq hüquqmüdafiə təşkişlatları qərarı tənqid ediblər və Bəhreyni vətəndaşların söz azadlığını boğmaqda günahlandırıblar.

«O (Rəcəb), öz fikirlərini internetdə dediyi üçün dahşa 5 ilini həbsdə keçirməsi qəbuledilməzdir», - deyə Amnesty International-ın Yaxın Şərq və Afrika üzrə  nümayəndəsi  Heba  Morayf bildirib.

Almaniya İnsan Haqları Təşkilıtın komissarı  Berbel Koyler  Bəhreyni söz və mətbuat azadlığı məsələsində ölkə Konstitusiyasını pozmamağa çağırıb. 

Rəcəbin oğlu Adəm bildirib ki, atası hökmü eşidəndə bərkdən gülüb və əli ilə sülh işarəsini göstərib.

2011-ci il ərəb oyanışında Bəhreyndə baş verən etiraz aksiyalarında  Rəcəb əsas aparıcı fiqurlardan biri olub.

Qeyd edək ki, əsasən sünnilərdən ibarət hökumət ölkənin ən böyük iki siyasi qrupunu («Əl-Vəfa» və «Vaad») ləğv edib, Bəhreyn İslami Milli Vəfa Cəmiyyətinin sədri, alim Şeyx İsa Qasim də daxil olmaqla bir çox siyasi məhbusları vətəndaşlıqdan çıxarıb. Bundan başqa şiə məzhəbindən olan mülki vətəndaşlara ölüm hökmü verib.

Bir neçə gün öncə Bəhreyn qəzetləri bəyan etdi ki, hər iki qrupun oktyabr-noyabr aylarında keçiriləcək parlament  seçkilərində iştirakını ləğv edib.

Bəhreyndə hüquqmüdafiəçi Nabel Rəcəb yazdığı tənqidi tvitlərinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-22-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
Tashaio.com
SiteMap