header

 İranın müdafiə naziri Azərbaycan ilə hərbi-müdafiə əməkdaşlıqlarının genişləndirilməsinə təkid edib

İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Azərbaycana olan səfərini ikitərəfli əlaqələrin genişləndirilməsi və regional məsələlər barədə müzakirələrin aparılması üçün münasib fürsət adlandırıb.

İRİB-nin verdiyi məlumata görə, general-polkovnik Əmir Hatəmi çərşənbə günü Bakıya daxil olduqdan sonra jurnalistlər qarşısında verdiyi açıqlamada deyib: Bu səfər Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvəti əsasında baş tutub və ümidvaram Azərbaycan rəsmiləri ilə regional məsələlər və ikitərəfli əməkdaşlıqlar barədə səmərəli və konstruktiv müzakirələrimiz olacaq.

İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri səfər proqramına Azərbaycan prezidenti İlham Əliyev, baş nazir, müdafiə naziri və müdafiə sənayesi naziri ilə görüşlərin daxil olduğunu bildirib.

Əmir Hatəmi həmçinin, İran İslam Respublikasının Azərbaycan ilə hərbi-müdafiə əməkdaşlıqlarının yaxşı və uzun keçmişə malik olduğunu deyərək, əlavə edib: İki ölkə arasında birgə hərbi-müdafiə əməkdaşlıqları komissiyasının  yaradılması regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə, eyni zamanda iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə səbəb olacaq.

İranın müdafiə naziri daha sonra iki ölkə arasında bir çox əməkdaşlıq sahəsinin olduğuna işarə edib və deyib: texniki, elmi, texnologiya və müdafiə sənayesi məhsullarının birgə istehsalı sahəsində geniş imkanlar var.

İran İslam Respublikasının müdafiə naziri bu gün səhər hərbi bir heyətin müşayəti ilə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə səfər edib.

İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Azərbaycana olan səfərini ikitərəfli əlaqələrin genişləndirilməsi və regional məsələlər barədə müzakirələrin aparılması üçün münasib fürsət adlandırıb.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-21-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap