header

 İranın xarici işlər nazirinin telefonunu kimlər dinləyib?

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə müzakirələr zamanı xarici kəşfiyyat orqanları tərəfindən telefonunun dinlənildiyini bildirib.

FaktXəbər-in verdiyi məlumata görə, İranın XİN rəhbəri "Came-Cəm" qəzetinə eksklüziv müsahibəsində deyib.
 
"Nüvə müzakirələri gedərkən bəzi vaxtlar telefonum ütü kimi isti olurdu. Digər müzakirəçilərdə də oxşar vəziyyət təkrarlanırdı. Bu hal İranın daxili işlərinə müdaxilənin miqyasını ortaya qoyur",-deyə Cavad Zərif əlavə edib.

İslam Respublikası və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya (5+1) arasında nüvə proqramına dair müzakirələr təxminən 20 ay davam etmişdi. 20 iyul 2015-ci ildə müqavilə ilə nəticələnən müzakirələr Vyana və Cenevrədə baş tutmuşdu.
 
Nüvə müzakirələri zamanı şəxslərin dinlənməsinə dair iddialar ortaya atıldıqdan sonra İsveçrə polisi istintaq aparmışdı. 18 ay davam edən istintaq nəticəsində müzakirəçilərin dinlənilməsinə dair sübutlara rast gəlinsə də, bunun kimlər tərəfindən edildiyi məlum olmadığı üçün istintaq yekunlaşmışdı.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə müzakirələr zamanı xarici kəşfiyyat orqanları tərəfindən telefonunun dinlənildiyini bildirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-14-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap