Səudiyyə Ərəbistanında kral ailəsi üçün böyük şəhər tikiləcək
Posted on : Digər sahələr 02/10/2018
Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman kral ailəsi üçün yeni bir şəhər və ticarət zonası yaradır
Adının NEOM olacağı bildirilən şəhərin inşa layihəsinin dəyərinin 500 milyard dollar dəyərindirildiyi qeyd edilir. Tabuk şəhərinin təxminən 150 kilometr qərbindəki Qırmızı Dəniz sahilində tikiləcək kral ailəsinə aid şəhərdə ailəyə aid çoxlu saraylar olacaq.
Yaponiyanın "Softbank" bankı da daxil olmaqla, bəzi şirkətlər NEOM-a investisiya qoymağa hazır olduqlarını bildirib. Ancaq daha əhəmiyyətli və əlverişli iş investisiyalar hələ açıqlanmayıb.
Qeyd edək ki bir müddət öncə Səudiyyə vəliəhdi Məhəmməd ibn Salman korrupsiya bəhanəsi ilə çox sayda şahzadəni həbs etmişdi. Daha sonra onlar külli miqdarda pul müqabilində azadlığa buraxılmışdı.
Mənbə: eastnews