1 erməni hərbçi öldürülüb 2-si də yaralanıb
Posted on : qafqaz 02/08/2018
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib: Erməni silahlı bölmələrinin təxribatının qarşısı alınıb, bir düşmən əsgəri məhv edilib, ikisi ağır yaralanıb
APA-nın verdiyi məlumata görə Müdafiə Nazirliyi Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edib.
MN bildirib ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.
Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib, 2 hərbçisi isə ağır yaralanıb.
Düşmən geri çəkilməyə məcbur edilib.
Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.