header

 Xanım Zəhra(s.ə)-nın uca məqamını bu qədər gözəl anladan olmamışdı - Video

Bəs siz necə təsəvvür edirsiniz bir xanımı ki, özü aləmlərə rəhmət olana rəhmətdir? O, kəs ki, kamil imanı tamamlayır və ayaqları cənnət cavanlarının ağalarının cənnətidir.

Əziz İslam Peyğəmbəri (s) buyurmuşdur ki, oğlan övladı Allahın neməti, qız isə rəhmətidir. Qiyamət günü Allah öz neməti barədə sorğu sual edər, lakin rəhməti haqqında isə yox!”

 

Başqa sözlə O Həzrət (s) qızın necə rəhmət olmasını belə təsvir edir. Bu bir hədisdir.

 

Həzrət Peyğəmbərdən (s) digər bir hədis isə budur ki, Xəndək döyüşündə İmam Əli (ə) Əmir ibn Əbdəvidlə döyüşə gedərkən, o zaman Əbdəvidlə döyüşə biləcək heç kim yox idi, hər şey İmam Əlinin (ə) bu döyüşündən asılı idi.

 

Bu zaman Peyğəmbər (s) buyurdu: “İndi kamil iman tam küfrə qarşı savaşmaq üçün irəli çıxıb.”

 

Digər bir hədisdə isə peyğəmbər (s) buyurub: “Kişinin imanı evlənmədikcə kamil olmaz.” Nə zaman ki, evlənər, o zaman imanı tamam olar.

 

Peyğəmbər (s) digər bir hədisdə buyurub ki, uşaqları üçün analarının ayaqları altı cənnətdir.

 

Digər bir hədisdə Peyğəmbər (s) buyurub: “Həsən (ə) və Hüseyn (ə) cənnət cavanlarının ağasıdır.”

 

Quran ayəsi buyurur: “Biz səni yalnız aləmlərə rəhmət olaraq göndərdik. ”Ənbiya-107”



İndi bütün bu hədisləri bir yerə yığsaq xanım Fatimənin (s.ə) şəxsiyyətini və məqamını daha gözəl formada dərk edərik. O, atası peyğəmbər üçün rəhmət idi. Halbuki Allah peyğəmbəri(s) aləmlərə rəhmət olaraq göndərib.


Yəni Fatimə (s.ə) aləmlərə rəhmət olan üçün rəhmətdir.

 

Əli (ə) kamil və tam iman və iman nümunəsidir, lakin kişinin imanı evlənərkən kamil olur. Fatimə (s.ə) kamil imanın imanını tamamlayır!

 

Həsən (ə) və Hüseyn (ə) cənnət cavanlarının ağasıdır. Lakin Fatimənin (s.ə) ayaqları Həsən (ə) və Hüseyn (ə) üçün cənnətdir!

 

Bəs siz necə təsəvvür edirsiniz bir xanımı ki, özü aləmlərə rəhmət olana rəhmətdir? O, kəs ki, kamil imanı tamamlayır və ayaqları cənnət cavanlarının ağalarının cənnətidir.

İslaminSesi

Bəs siz necə təsəvvür edirsiniz bir xanımı ki, özü aləmlərə rəhmət olana rəhmətdir? O, kəs ki, kamil imanı tamamlayır və ayaqları cənnət cavanlarının ağalarının cənnətidir.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 02-07-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap