header

 Türkiyədə həbs olunan ilahiyyatçı Alparslan Kuytul kimdir? - ƏTRAFLI

Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytul və tərəfdarları dünən səhər saatlarında həyata keçirilən əməliyyat nəticəsində həbs olunublar

İslamazeri.com Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytul və tərəfdarları dünən səhər saatlarında həyata keçirilən əməliyyat nəticəsində həbs olunublar - ƏTRAFLI.  Azərbaycanda da tərəfdarları olan Alparslan Kuytul Türkiyə cameəsində tanınan ilahiyyatçılardan, AKP hökümətinə qarşı sərt çıxışları ilə yadda qalmışdır.

Məsələn 15 iyul çevrilişlərindən öncə Kuytulun bu açıqlamaları diqqət çəkir:

"Mən burdan xəbərdarlıq edirəm, işləri çoxdur deyə diqqət etmirlər ola bilər. Mən burdan Tayyib Ərdoğan və AKP-yə xəbərdarlıq edirəm. Bütün nə qədər şərəfi varsa əlindən alırlar. Hicab məsələsini belə, təkrar geri apara bilərlər (qadağa qüvvəyə girə bilər). Bunun mənası budur; Tayyib Ərdoğanın qələmi qırılmışdır. Yaxında işi bitəcəkdir. İşi bitirildiyi zaman ona kimsənin yazığı gəlməməsi üçün ona verilən bütün şərəflərin alınması lazımdır. İşləri bitiriləcək və sevənləri qalmayacaq. Bu dövrə girdik, mənə qulaq asarlarla onların xeyrinədir, qulaq asmazlarsa özləri bilər."

Səudiyyə ilə ABŞ arasında 110 milyardlıq silah satışı sazişinə də münasibət bildirmişdi: "110 milyardlıq silah sazişi bağladılar. Dəhşətli rəqəmdir. Amerika 3 nəsil əvvəlki geridə qalan silahlarını Səudiyyəyə satır. Müsəlmanların puluna belə yyiyələnir. Buna görə də Ərəbistan krallarını taxtında saxlayır. Amerika istədiyi yerdə xalqı küçələrə tökür, burada etmir. Niyə? Çünki Ərəbistan kralı ilə araları yaxşıdır. Suriyada, İraqda edir. Təkcə bu ölkələrdəmi diktatorluq var? Səud kralı diktator deyilmi?İordaniyanın kralı kral deyilmi? Səudiyyənin kralı kral deyilmi? Budur ki, ABŞ-ın demokratiya dərdi yoxdur. Bu qədər silah İranla başladılması istənilən müharibə üçündür. Şiə - sünni müharibəsi başlatmaq istəyirlər. Allah bunların planlarını başlarına vursun. 110 milyardlıq silahlı neynirsən?"

2012-ci ildə ona şiə sünni məsələsilə bağlı suala o "Bu məsələni anlada bilərəm. Fəqət bu gün o məsələlərin müzakirə mövzusu deyildir. Çünki, ABŞ-ın stradegiyası da şiə ilə sünninin başını bir birinə qatıb, fitnə çıxarmaqdır", -deyə qeyd etmişdi. 2016-cı ildə yenə şiə sünni ixtilafı yaratmaq üçün ona verilən "Şiələr Hz.Aişəyə zina iftirası edərlərsə kafir olarlarmı?" sualına - "Şiələrin böyük çoxluğu bunu qəbul etmirlər. Əgər məzhəbindən və kimliyindən asılı olmayaraq Hz.Aişəyə zina nisbəti edərsə o kafir sayılar." , - deyə cavab verib.

Xatırladaq ki, Kuytul Ərdoğanın siyasətini tənqid edən yeganə sünni alimlərdən sayılır. O sünni-şi müharibsinin yaradılmasına qarşı çıxmış, hökümətyönlü medianın iddiasına görə, Afrin əməliyyatlarını da tənqid etmişdi. Lakin yayılmış videoda onun Afrin əməliyyatlarının şişirdilməsinə qarşı çıxdığını bildirib.

Kuytul açıqlamasında "Bu məsələ elə şişirdilir ki, sanki Romanı fəth etməyə gedirik. Orada nə qədər adam varki? Bir neçə minlik ordu var. Sanki yüz minlik ordu ilə döyüşməyə gedirik.", - deyə qeyd etmişdi.

 Alparslan Kuytul kimdir?, FETO, İŞİD, yoxsa... Özü cavab verir:

 Qeyd edək ki, tərəfdarları Adana Polis İdarəsinin qarşısında gözləməkdədirlər.

 Alparslan Kuytul kimdir?

 

Alparslan Kuytul 1965-ci ildə Adanada, Karataş rayonunda dünyaya gəlib. İbtidai təhsilini, həmçinin orta məktəbi orada oxuyub.

1991-ci ildə Çukurova Universitetinin Memarlıq-Mühəndislik fəkultəsinin İnşaat mühəndisliyi bölümündən məzun olub. 1993-1997-ci illlər arasında Misirin "Əl Əzhər" universitetinin Şəriət fəkultəsinin İslam Hüququ ixtisasında oxuyub. Əl Əzhər Universitetini 1997-ci ildə bitirib ölkəsinə dönüb. "Əl Əzhər"də oxuduğu zaman "Furqan" təşkilatını yaradır. Hazırda o hərəkatın mənəvi lideridir. 

"Furqan Təhsil və Xidmət Vəqfi" Türkiyədə bir ildə 200 mindən çox insanın iştirak etdiyi 100-dən çox konfrans və tədbir təşkil etmişdir. İnternet üzərindən sosial şəbəkə və saytlar vasitəsilə videomüraciət və təfsir dərsləri xüsusilə Adanadakı tərəfdarlarının diqqətini çəkməkdədir. "Furqan Nəsli Jurnalı"nın baş yazarıdır.

Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış sünni alimi Alparslan Kuytul və tərəfdarları dünən səhər saatlarında həyata keçirilən əməliyyat nəticəsində həbs olunublar
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-31-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap