header

 Türkiyə HƏMAS üzvünə qarşı terrorda əli olan Mossad agentlərini Livana təslim etdi

Türkiyə HƏMAS üzvünə qarşı terrorda əli olan Mossad agentlərini Livana təslim edib

İslamazeri.com Livan mediasına istinadən xəbər verir ki, Livan Daxili İşlər nazirliyi dünən etdiyi açıqlamada, ölkənin cənubunda yer alan Sayda şəhərində iki həftə öncə Həmas hərəkatının öndə gələn üzvlərindən birinə qarşı hücumun İsrail kəşfiyyat qurumu olan Mossad tərəfindən həyata keçirildiyini bildirilib. 

14 Yanvarda Livanın cənubunda Həmasın tanınmış simalarından olan Məhəmməd Hamdana qarşı hazırlanan sui-qəsd zamanı yaralanmışdı.

Livan DİN rəhbəri Nihad Əl-Mənşukun ofisindən yayılan açıqlamada "Terrorla bağlı istintaq tamamlanmışdır və olayın necə meydana gəldiyi, kimlərin rol aldığı mövzusunda lazım olan məlumatlar əldə edilmişdir", -ifadəsi qeyd edilib.

Açıqlamada cinayətdə iştirak edən əsil ünsürlərdən birini geri almağı bacardıqlarını, şübhəlinin cinayəti törətdiyini və İsrail Kəşfiyyatı tərəfindən idarə olunduğunu etiraf etdiyi də önə çəkilir.

Məlumata görə, Türkiyə Livanda Həmas liderlərindən olan Məhəmməd Beytiyyəyə qarşı həyata keçirilən sui-qəsddə əli olan daha 3 şübhəlini Livana təslim edib. Qeyd edək ki, bundan öncə də Türkiyə terrorçulardan birini Livana təslim etmişdi.

Livan DİN həbs olunan Mossad agentinin evində ən son model texnologiya, əlaqə vasitələri ələ keçirildiyini də açıqlayıb.

Türkiyə HƏMAS üzvünə qarşı terrorda əli olan Mossad agentlərini Livana təslim edib
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-27-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap