header

 İran xarici işlər nazirinin qonşulara təklifi

İran İslam Respublikası xarici işlər naziri deyib: İranın dialoq çağırışı hələ öz yerindədir və qonşularımızın bu çağırışı qəbul edəcəkləri və onların Amerika və qərbdəki müttəfiqlərinin də onları buna təşviq edəcəkləri günü arzulayırıq.

İSNA-nın verdiyi məlumata görə, Məhəmməd Cavad zərif Türkiyədə çıxan Yeni Şafaq qəzetində çap olunan məqaləsində post İŞİD dövründə regional əməkdaşlıqlar barədə yazır: İŞİD-in məğlubiyyəti regionun böyük bir hissəsinə sabitliyin qayıtmasını müjdələməklə yanaşı yeni böhranlara və çaxnaşmalara yol açıb. 

İİR XİN rəhbəri güclü region və təhlükəsizlik şəbəkəsinin yaradılmasının stabilliyə kömək edəcəyini bildirərək yazıb: Digər oyunçuların aradan götürülməsinə və İstilaçılığa qarşı olan güclü region ideyası, bütün tərəflərin mənafelərinə hörmətin vacibliyini tanımaqdan mənşə alır. 

Zərif Fars korfəzi regionunda kollektiv təhlükəsizliyin artıq öz səmərəliliyini itirdiyini bildirərək yazıb: İranın ideyası olan təhlükəsizlik şəbəkəsi, regiondan kənar güclərə, başqalarını kənara qoyan koalisiyalara arxalanmaq və neft dollarları ilə təhlükəsizliyin satın alınması xülyasına inanmaq kimi nöqsanlı dövriyyədən çıxmağın yeganə real yoludur. 

İranın xarici işlər naziri bildirib: Hazırkı qarmaqarışıqlıqdan keçid üçün stabillyə və daha öncə dialoqa və etimad yaradan tədbirlərə doğru hərəkət etmək lazımdır. 

İran İslam Respublikası xarici işlər naziri deyib: İranın dialoq çağırışı hələ öz yerindədir və qonşularımızın bu çağırışı qəbul edəcəkləri və onların Amerika və qərbdəki müttəfiqlərinin də onları buna təşviq edəcəkləri günü arzulayırıq.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-25-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap