header

 Qonşu ölkədə Səudiyyənin Kəşfiyyatı tərəfindən hazırlanan uğursuz terror aktı və RƏSMİ AÇIQLAMA

Qonşu ölkədə terror üçün Səudiyyə Kəşfiyyatının planının üstü açılıb

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İranın təhlükəsizlik naziri ölkənin şərqi və qərbində təhlükəsizlik qüvvələrinin səyi ilə 2 partlayıcı yükün aşkar edilməsindən xəbər verib.

İran Təhlükəsizlik Nazirliyinin bildirdiyinə görə, bu partlayıcı maddələr ictimai məkanlarda terror aktlarının törədilməsi məqsədi ilə ölkəyə daxil edilibmiş.

Bu məlumata görə, ilk əməliyyat zamanı partlayışa tam hazır vəziyyətdə olan 23 ədəd bomba aşkar edilərək, zərərsizləşdirilib. Uzaqdan idarəetmə sisteminə malik olan bu bombalar İranın şərqinidə terror aktlarının törədilməsi və gərginliyin yaradılması məqsədi ilə Səudiyyə Ərəbistanının kəşfiyyat xidməti tərəfindən hazırlanmış plan əsasında İrana gətirilibmiş.

İkinci əməliyyatda isə İranın təhlükəsizlik qüvvələri Kürdüstan Ostanında terrorçu qruplaşmalara qarşı mübarizənin davamında bir neçə bombanın hazırlanması üçün lazım olan təchizatlar o cümlədən TNT və C4 partlayıcı maddələri, partlayıcı pistonları və 150 elektron pistona malik olan yükü aşkar edərək, ələ keçirib.

Bu terrorçu qruplaşma İraq Kürdüstanından İran ərazisinə daxil olubmuş Bu qruplaşma İranda terror əməliyyatları həyata keçirməyi planlaşdırırmış.

Bu terror qruplaşmasının üzvlərinin üzərindən 41 əl qumbarası, 4 kalaşnikov avtomatı və 31 patron darağı aşkar edilərk, götürülüb.

Qonşu ölkədə terror üçün Səudiyyə Kəşfiyyatının planının üstü açılıb
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-25-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap