Erməni çağırışçı: Damarımı kəsərəm, xidmət etmərəm
Posted on : qafqaz 01/22/2018
Ermənistanın paytaxtı İrəvanda yerləşən "Muratsan" mərkəzi kliniki hərbi hospitalına çağırışçı Ernest Ovanisyan ağır bədən xəsarətləri ilə daxil olub.
FaktXəbər-in erməni KİV-nə istinadən verdiyi məlumata görə, buna səbəb onun hərbi hissənin pəncərəsindən özünü atmasıdır.
E.Ovanisyan orduda xidmət etmək istəmədiyi üçün özünə qəsd edib. Erməni əsgər 20 yanvar tarixində pəncərədən özünü atmazdan əvvəl bu sözləri deyib: "Damarımı kəsərəm, amma hərbi xidmət etməyəcəyəm".
Məlumata görə, Ernest Ovanisyan yanvarın 12-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə xidmətə göndərilib.