header

 İ.Hənyə Fələstini himayəyə görə, İnqilab Rəhbərinə təşəkkür edib

Fələstin İslam Müqaviməti Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneiyə ünvanladığı məktubda müqavimət hərəkatı ilə bağlı İran xalqının himayələrinə və o həzrətin istiqamətləndirmələrinə görə, təşəkkür edib.

İsmayıl Hənyə bu məktubda imperializmin müqavimət qalası kimi Qəzzəni devirmək, işğalçı rejimlə mübarizəyə son qoymaq və regiondakı asılı hökmranların onunla əlaqələrinin adiləşməsi hədəfilə Qüdsə və Fələstin xalqına qarşı fitnəsinin miqyasına işarə edərək, vurğulayıb: Biz qərb sahilinin daxilində və Qüdsdə geniş xalq intifazəsinin başlanması ilə Allahın izni ilə dövrün tağut fitnəsi olan Trampın, həmçinin uzaq və yaxın paytaxtlarda təfriqə hökmranlarının Fələstin məsələsinə son qoymaq üzrə fitnələrini zərərsizləşdirəcəyik.

Həmas-ın siyasi bürosunun sədri bu məktubda bu hərəkatın komandanları və mücahidlərinin və bütün Fələstin xalqının İslam İnqilabının Böyük Rəhbərinə və İran xalqına olan salamını çatdıraraq, iranlıları səbatlı, müqavimətli və imperializmlə mübarizə aparan bir ölkədə yaşayan əsli-nəcabətli bir xalq adlandırıb və belə qeyd edib: Fələstinin müqavimətli xalqı İran İslam Respublikasının müxtəlif yardımlarla Fələstin xalqının müqavimətini himayə etməsini, həmçinin Fələstin və Qüds məsələsindəki sabit və dəyərli mövqeyini yüksək dəyərləndirir. 

Fələstin İslam Müqaviməti Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneiyə ünvanladığı məktubda müqavimət hərəkatı ilə bağlı İran xalqının himayələrinə və o həzrətin istiqamətləndirmələrinə görə, təşəkkür edib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-18-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap