header

 Azərbaycan Amerikaya reaksiya verdi

Azərbvaycan Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsini pisləyib.

İRNA-nın verdiyi məlumata görə, Hikmət Hacıyev Azərtaca verdiyi açıqlamada ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı son açıqlamasının çox təəccüblü olduğunu bildirərək deyib: 

Azərbaycan terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və pisləyir. Son illərdə Azərbaycana turist axınının 24 faiz artdığı, ölkəmizə gələn əcnəbi vətəndaşların sayının 2,7 milyon nəfəri ötdüyü halda, ABŞ Dövlət Departamentinin belə bir açıqlaması çox təəccüblüdür.

Hikmət Hacıyev  Azərbaycanda sabitlik, təhlükəsizlik və ictimai asayişin yüksək səviyyədə təmin olunuğunu vurğulayıb. 

ABŞ Dövlət Departamenti bu ölkə vətəndaşlarına tövsiyə edib ki, Azərbaycan Respublikasına səfər zamanı ehtiyatlı olsunlar. 

ABŞ DD həmçinin bu ölkə vətəndaşlarını Türkiyə, Pakistan, Nigeriya, Çad və Nigerə səfər etməməyə çağırıb.

Azərbvaycan Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsini pisləyib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-13-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
SiteMap