header

 Bakıda İran səfirliyi qarşısında piket keçirilib

Azərbaycan dindarlarındn ibarət bir qrup bu gün səhər çağı İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısına toplaşaraq islam inqilabının böyük rəhbərinə dəstək şüarları səsləndirib.

İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, piket iştirakçıları islam inqilabının böyük rəhbərini dəstək şüarları yazılmış plakatlar eləcə də o həzrətin fotoşəkillərini və Azərbaycan bayraqlarını daşıyaraq " Var olsun rəhbər- Sağ olsun rəhbər" , " Hüsençilər oyaqdı- rəhbərinə dayaqdı" , " Məhv olsun rəhbərin düşmənləri" şüarları səsləndiriblər. 

Piket sakit atmosferdə 10 dəqiqə müddətində keçirilib. Piketdə iştirak etmiş Azərbaycan Respublikası İslam Partiyasının sədrinin keçmiş müavini və islam məarifinə çağırış ictimai birliyinin hazırkı sədri Elçin Manafov İRİB-in müxbirinə deyib: Bu gün buraya toplaşmışıq ki, rəhbərimiz həzrət Ayətullah Xameneiyə dəstəyimizi elan edək. Ona görə ki, o sadəcə İran deyil bütün dünya müsəlmanlarının rəhbəridir. Biz İranda baş verən son hadisələrin şahidi olduqda buraya toplaşaraq rəhbərə dəstəyimizi nümayiş etdirir və demək istəyirik ki, o bütün müsəlmanların rəhbəridir və biz həmişə onun kənarında duracağıq və ona dəstəyi özümüzə vacib bilirik.  

Başqa bir piket iştirakçısı da deyib: "Sözümüz dünya zalımlarınadır. Allah bütün müsəlmanları zalımların şərrindən mühafizə etsin. Burada söhbət İran xalqından getmir burada söhbət insanlığın mahiyyətindən gedir. Hamımız bilirik ki, islam inqilabının böyük rəhbəri bütün müsəlmanların rəhbəridir, vəliyi fəqihdir  və biz ona hörmət və dəstək əlaməti olaraq İran səfirliyi qarşısına toplaşmışıq. Allah onu sağ eləsin və İslam düşmənləri olan Amerika və İsraili məhv eləsin! " 

Azərbaycan dindarlarındn ibarət bir qrup bu gün səhər çağı İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısına toplaşaraq islam inqilabının böyük rəhbərinə dəstək şüarları səsləndirib.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-13-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap