header

 “İmam Əli(ə), İmam Hüseyn(ə) və Aşura sevgisi məni müsəlman etdi” – Sean Stoun

“Mən Şoun Stoun, rejissor, yazar və aktyoram. İlk filmim Greystone Park yenicə prokata çıxıb. Konspiralogiya nəzəriyyəsinə inanlardanam. O ki, qaldı İslama bunun Qərbdə öz media boyutu var. Xüsusilə İsrail yönümlü seriallar və filmlərdə İslam terrorçu simalı təqdim olunur. Xüsusi beyin yuyan şoularda bu daha çox qabardılır. Sanki elə bir təsəvvür yaradılır ki, İslamçı terroristlər oturub pusurlar ki, ABŞ-ı dağıtsınlar. Sanki İslam terrorizmlə assosasiya olunur. Bu gun Hollivudda təqdim olunan budur."

Məşhur rejissor Oliver Stounun oğlu Sean Stoun 2012-ci ildə İslam dinin seçdi. İran haqqında sənədli film çəkmək niyyəti ilə gəldiyi ölkədə şiəliyi qəbul edən Stoun İsfahanda kameralar qarşısında bu barədə açıqlama verdi. Stoun ümumiyyətlə İslam dini haqqında geniş araşdırmalardan sonra fikirlər səsləndirdiyini deyir. O bildirir ki, onun ən böyük missiyası İslama Qərbdə yeni bir imic yaratmaqdır: ”Qərbdə İslam adı çəkiləndə bir qorxu yaranır. Müsəlmanlar yad biri kimi qəbul olunurlar. Halbuki nə İslam qorxulacaq bir dindir, nə də müsəlmanlar bu qədər yad. Mənim İslamı seçməyim xristianlığa, ya da yəhudiliyə arxa çevirmək deyil. Mən Allahımı dəyişməmişəm. Mənim əsl məqsədim bu dinləri birləşdirərək eyni qaynaqdan, eyni Yaradıcının bəndələri olduğumuzu sübut etməkdir. Biz bəşəriyyətə fürsət verməliyik və bir-birimizə yardım etməliyik. “

 

Hazırda Sean Stoun ABŞ-da yaşayır. Araşdırmaçı yazar və rejissor kimi fəaliyyət göstərir. Onun təqdim etdiyi İslam isə ABŞ-da böyük səs-küy yaradıb. 
Onun verilişlərə dəvət edən İslam haqqında fərqli fikirlərə heyrətlə reaksiya verirlər. Axı onlara təqdim olunan İslamla Şounun dediyi İslam arasında nə qədər fərq var. Onlar həqiqətin qarşısında gözləri qamaşaraq dayanır və yalnız onu dinləyirdilər. Belə verlişlərin birində belə bir dialoq gedir:


“Müqəddəs Valentin günündə İslamı qəbul edən 27 yaşlı rejissor Şoun Stoun bizi heyrətə saldı. Xüsusilə onun İslamı İranda – Amerikaya düşmən ölkədə qəbul etməsi daha böyük müzakirələrə səbəb oldu. Bu barədə Şoun özü nə deyir? - deyə aparıcı onunla canl ünsiyyət yaradır.


İlk öncə onu deyim ki, kimlərsə Şoun dinini dəyişdi deməsi elə də xoş deyil. Bizim hamımızın Allahı eynidir və eyni Allaha sitayiş edirik. Bu bir anlaşılmazlıqdır ki, guya İslam tamamilə fərqli bir dindir və fərqli inancdır. Lakin İslam və İran haqqında tamamilə yanlış fikirlər formalaşıb. İranda hazırda çoxlu yəhudilər də yaşayır. Mən İsfahanda oldum. Orada onlarla görüşdüm. İranda çoxlu ziyalı insanlar var. Orada qısa müddətliyə olsa da prezidentlə Ali rəhbərlə görüşmək və onun məsləhətlərini eşitmək mənə nəsib oldu. Orada hər bir ziyalı və məsləhətçi ilə qarşılaşdıqda və müzakirələr etdikdə Amerika əfsanələrinin nə qədər puç olduğunu dərk edirdim. “

 

Daha sonra onun öz müsahibəsi, yəni İslama necə gəlməsi yayımlandı. “Mən Şoun Stoun, rejissor, yazar və aktyoram. İlk filmim Greystone Park yenicə prokata çıxıb. Konspiralogiya nəzəriyyəsinə inanlardanam. O ki, qaldı İslama bunun Qərbdə öz media boyutu var. Xüsusilə İsrail yönümlü seriallar və filmlərdə İslam terrorçu simalı təqdim olunur. Xüsusi beyin yuyan şoularda bu daha çox qabardılır. Sanki elə bir təsəvvür yaradılır ki, İslamçı terroristlər oturub pusurlar ki, ABŞ-ı dağıtsınlar. Sanki İslam terrorizmlə assosasiya olunur. Bu gun Hollivudda təqdim olunan budur."


Bəs İslamafobiya ilə necə mübarizə aparmaq lazımdır sualına belə cavab verir: “Bunun üçün bir çox yollar var. Düşünürəm ki, ən yaxşı yol müsəlmanların adi insan yaxşı vətəndaş və onların həyatının digər inanclılardan hec də fərqlənmədiyini göstərməkdir. Qərbdə elə bir fikir formalaşdırılıb ki, müsəlman olmaq 14 əsr geriyə getməkdir. Bəyəm modern olmaqla İslam bir arada olmaz ki?!... Mən niyə islamı qəbul etdim, çünki İmam Əlini sevdim, İmam Hüseyni sevdim. Aşuranı sevdim. Salavat zikr ediləndə isə “Bu səsi necə də sevirəm” deyə gülümsəyir.

“Mən Şoun Stoun, rejissor, yazar və aktyoram. İlk filmim Greystone Park yenicə prokata çıxıb. Konspiralogiya nəzəriyyəsinə inanlardanam. O ki, qaldı İslama bunun Qərbdə öz media boyutu var. Xüsusilə İsrail yönümlü seriallar və filmlərdə İslam terrorçu simalı təqdim olunur. Xüsusi beyin yuyan şoularda bu daha çox qabardılır. Sanki elə bir təsəvvür yaradılır ki, İslamçı terroristlər oturub pusurlar ki, ABŞ-ı dağıtsınlar. Sanki İslam terrorizmlə assosasiya olunur. Bu gun Hollivudda təqdim olunan budur."
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-11-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap