header

 General-mayor Baqeri: ABŞ hökuməti barbarlığın simvoludur və İranı ittiham etmək haqqına malik deyil

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib: ABŞ hökuməti cinayətkarlıq və vəhşilik keçmişi ilə İran xalqı və rəsmilərini ittiham edəcək durumda deyil.

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri çərşənbə günü jurnalistlər qarşısında verdiyi açıqlamada ABŞ hökumətini zülmün simvolu adlandırıb və deyib: ABŞ hökuməti hər gün, hər həftə və hər ay günahsız insanların canını alır. 

General Baqeri əlavə edib: ABŞ hökuməti öz vəhşilik və cinayətləri ilə bütün rəsmiləri xalqın seçimi ilə seçilən və dünyada nümunəvi demokratik quruluşa malik olan bir ölkəni ittiham edəcək haqqa sahib deyil. 

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi həmçinin deyib: ABŞ Konqresində və ya bu ölkənin cinayətkar hökumətinə bağlı müxtəlif qrumlarda İran xalqına qarşı qanun və qərarların qəbul edilməsi İran xalqının adət etdiyi bir məsələdir. 

General Baqeri İran xalqının müxtəlif şəhərlərdə təşkil etdiyi yürüşlərin xalqın, düşmənin fitnələri qarşısında ayıq olduğuna dəlalət etdiyini bildirib və deyib: İslam İnqilabının düşmənlərinin son iğtişaşlardakı fitnəkarlığı xalqın ayıqlığı ilə zərərsizləşdirildi.

28 dekabr 2017-ci ildən başlayaraq bir neçə gün müddətinə İranın müxtəlif şəhərlərində xalq etiraz aksiyaları təşkil edərək, iflasa uğramış maliyyə müəssisələrindəki əmanətlərin taleyinə aydınlığın gətirilməməsi, bəzi gündəlik tələbat məhsullarının bahalaşması və yaranmış vəziyyətə dövlət nəzarətinin zəif olmasını tənqid edib. Bir qrup fürsətçi isə  yaranmış vəziyyətdən sui-istifadə etməyə cəhd göstərərək, iğtişaşlar törətdi.

İran xalqı isə ötən günlərdə müxtəlif şəhərlərdə yürüşlər təşkil edərək, iğtişaşçılara qarşı öz nifrət və qəzəbini bəyan edib. 

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib: ABŞ hökuməti cinayətkarlıq və vəhşilik keçmişi ilə İran xalqı və rəsmilərini ittiham edəcək durumda deyil.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-11-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap