ABŞ Türkiyənin düşmənlərinin ərazilərini rəsmən tanımaq istəyir
Posted on : Türkiyə 01/08/2018
Rəsmi Vaşinqtonun bu yaxınlarda Suriya ərazisində Fərat çayının şərqində kürdlərin başçılıq etdiyi "Suriya Demokratik Qüvvələri"nin əlindəki 28 min km-lik ərazini diplomatik şəkildə tanımaq üzrə konkret addımlar atması gözlənilir.
İslaminSesi.info-nun verdiyi məlumata görə, bunu yüksək vəzifəli rəsmiyə istinadla beynəlxalq "Asharq Al-Awsat" qəzeti bildirib.
Rəsmi bildirib ki, hazırda ABŞ administrasiyasında Suriya üzrə yeni strategiyanın qəbul edilməsi prosesi gedir. Suriyada Amerikanın mövqe dəyişikliyinin ilk "konkret əlaməti" müdafiə naziri Cim Mettisin SDQ-nin Suriyada nəzarət etdiyi bölgələrə "diplomatlar" göndərəcəyini deməsidir.
Vaşinqton bundan əlavə İŞİD-dən sonrakı dövrdə yerli şuraların qüvvədən salınmasında israrlıdır. Onun sözlərinə görə, kürd qüvvələrinin nəzarətindəki əraziləri diplomatik cəhətdən tanımaq mərhələsinədək ABŞ-ın məqsədi Suriyada yenidənqurma təşəbbüslərini dəstəkləmək, ictimai xidmət və infrastrukturu gücləndirmək, qurmağı planlaşdırdığı dövlət orqanlarının hazırlığını aparmaq, SDQ sahələrini qorumaq və hərbi bazalarının təminatını təmin etməkdir.
Türkiyə Respublikası kürdlərin rəhbərliyindəki SDQ-ni rəsmən terrorçu hesab edir və onlara hərbi yardım göstərən ABŞ-a dəfələrlə etiraz edib.