header

 Suriyada azərbaycanlı İŞİD-çi tutuldu - VİDEO

Suriyada azərbaycanlı İŞİD-çi tutuldu - VİDEO

FaktXəbər-in məlumatına görə, Türkiyədən Suriyaya keçmək istəyən İŞİD terror qruplaşmasının azərbaycanlı üzvü saxlanılıb. O, YPG kürd dəstələri tərəfindən saxlanılıb.

İnternetdə yayılan videoda yaraqlı bildirir ki, adı Razik Maksimovdur və əslən Azərbaycandandır.

Onun sözlərinə görə, İŞİD-ə 2015-ci ilin sentyabrında qoşulub və Suriyanın Rəqqa, Mayadin vilayətlərində, Əbu-Kəmal şəhərində yaşayıb.

Terrorçu qeyd edir ki, Suriya sərhədini keçmək çox asandır. Belə ki, “orada çoxlu qaçaqmalçı var”:

“Onlar insanları pulla Türkiyəyə keçirirlər. Orada sənədləri saxtalaşdırmaq imkanı var, sonra isə Avropaya getmək olar”.

R. Maksimovdan əlavə, videomüsahibədə daha iki İŞİD-çi dindirilir.

Onlardan biri dağıstanlı Vladimir Yureviç Oleynikov, digəri isə adının açıqlanmasını istəməyən Almaniya vətəndaşıdır.

Suriyada azərbaycanlı İŞİD-çi tutuldu - VİDEO
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-08-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap