header

 Ərəbistan və Misir Ərəb Liqasının Qüdslə bağlı fövqəladə iclasına qarşı çıxdılar

Ərəbistan və Misir Ərəb Liqasının ABŞ prezidenti Donald Trampın Qüdsü işğalçı İsrail rejiminin paytaxtı olaraq tanımasına etiraz məqsədi ilə fövqəladə iclas təşkil etməsini istəyən İordaniyanın təklifinə qarşı çıxıblar.

İordaniyanın rəsmi xəbər agentliyi Petranın verdiyi məlumata görə, İordaniya Ərəb Liqasının Xarici İşlər Nazirləri Şurasının şənbə günkü iclasından öncə Ərəb Liqasının Qüds məsələsi ilə bağlı fövqəladə sammitinin keçirilməsini təklif etmişdi. Amma, Əmmanın bu təklifi Qahirə və Ər-Riyadın müxalifəti ilə üzləşib.

ABŞ və İsrail mediaları isə bildiriblər ki, Ərəbistan və Misir Trampın Qüdslə bağlı qərarını açıqlamasının ardınca, Fələstin üçün paytaxt olaraq Qüds şəhərinin  yerinə Qərb Sahilində yerləşən Ramallah şəhərinin paytaxt elan edilməsini təklif ediblər.

Nyu-York Tayms yazır: Misirin təhlükəsizlik orqanı zabiti Əşrəf Əl-Xuli deyib: Misir və Ərəbistan üzdə Trampın qərarını qınasalar da, əslində İsrail ilə qarşıdurmanı öz maraqlarına zidd hesab edirlər.

Buna görə də, Trampın qərarını tənqid etmək yerinə, Fələstin tərəfini bu qərarla razılaşmağa məcbur etmək istəyirlər.

Ərəbistan və Misir Ərəb Liqasının ABŞ prezidenti Donald Trampın Qüdsü işğalçı İsrail rejiminin paytaxtı olaraq tanımasına etiraz məqsədi ilə fövqəladə iclas təşkil etməsini istəyən İordaniyanın təklifinə qarşı çıxıblar.
admin
Date published: 12:00
10 / 10ScaleMaximum stars
Starts: 01-07-2018
Ends: Duration:
P.O. Box:
Ardabil,
Iran


Post a comment Related content

Send
دانلود آهنگ
SiteMap